İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa və dövlət katibi Marko Rubioga Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyalar tətbiq etmək qərarına görə təşəkkür edib.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail hökumət başçısının ofisinin bəyanatında bildirilib.
Netanyahu BCM-ni məhkəmə deyil, siyasi qurum adlandıraraq onun dünya üzrə qanunlara əməl edən demokratik dövlətlər və milli suverenlik ideyası üçün ciddi təhlükə yaratdığını iddia edib.
“Liderliyinizə görə sizə təşəkkür edirəm”, – deyə bəyanatda qeyd olunub.
Bizim.Media