"Sumqayıt" keçmiş məşqçisi ilə bağlı BƏYANAT yaydı 

"Sumqayıt"ın keçmiş məşqçisi Elnur Çodarov ilə klub arasında olan mübahisə üzrə İdman Arbitraj Məhkəməsi (CAS) 4 sentyabr 2023-cü il tarixində yekun qərarını açıqlayıb. 

Bizim.Media xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi məsələ ilə bağlı bəyanat yayıb. 

"Təəssüf hissi ilə bildirmək istəyirik ki, son günlərdə ölkə idman mətbuatında CAS-ın sözügedən qərarının təhrif olunmuş şəkildə əks etdirilməsi ilə bağlı məqalələr geniş yayılıb. Bu səbəbdən də CAS-ın qərarı ilə bağlı bəzi məsələləri ictimaiyyətin diqqətinə çatdırmaq istərdik. 
Əlavə olaraq qeyd etmək istərdik ki, 11 sentyabr 2023-cü il tarixindən etibarən CAS qərarı ictimaiyyət üçün açıq elan edilib. Bildiririk ki, iddiaçı Elnur Çodarov İdman Arbitraj Məhkəməsinə müraciət edərək aşağıdakı qərarların verilməsini xahiş edib. 

1. AFFA-nın Apellyasiya Arbitraj Tribunalının 8 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsini, 
- “Sumqayıt” Futbol Klubunun Məşqçiyə ödənilməmiş əmək haqqı (müqavilənin qalıq dəyəri) olaraq xalis 14000 manat və illik 5 % məbləğində cərimə hesablanaraq ödənilməsini ; 

- "Sumqayıt” Futbol Klubu müqaviləyə qanunsuz xitam verdiyinə görə məşqçiyə ödənişin qüvvəyə mindiyi tarixədək 14000 manat və illik 5 % məbləğində kompensasiyanın ödənilməsini; 

2. "Sumqayıt" Futbol Klubu bu şikayət üzrə sənədlərin tərcüməsi ilə bağlı Məşqçinin xərclərinin 500 manat məbləğində ödənilməsi və Məşqçi tərəfindən ödənilmiş 1000 İsveçrə frankı məbləğində CAS Məhkəmə Ofisi haqqının ödənilməsini; 

Yuxarıdakı iddialarə nəzərə alaraq görərik ki, ümumilikdə "Sumqayıt" FK-dan tələb edilən məbləğ cəmi 30400 (otuz min dörd yüz) manat təşkil edib.

İş üzrə 9 fevral 2023-cü il tarixində CAS-ın tək hakimi Mr. Espen Aubergin rəhbərliyi altında şifahi dinlənilmə keçirilib. Bu məhkəmə prosesində Klubumuzu Vəkil Elcan Həsənli və Ramil Cahangirov təmsil edib. CAS iş üzrə yekun qərarını 4 sentyabr tarixində elan edib.
CAS-ın qərarını təqdim edirik: 

1. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Apellyasiya Arbitraj Məhkəməsinin 4 may 2022-ci il tarixdə çıxardığı qərardan Elnur Çodarovun 25 may 2022-ci il tarixində verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. 

2. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Apellyasiya Arbitraj Məhkəməsinin 4 may 2022-ci il tarixli qərarı ləğv edilsin. 

3. “Sumqayıt" Futbol Klubu MMC müqavilənin pozulmasına görə Elnur Çodarova 10 725 manat (on min yeddi yüz iyirmi beş Azərbaycan manatı) məbləğində kompensasiya ödəsin. 

4. CAS Məhkəmə İdarəsi tərəfindən müəyyən edilərək Tərəflərə təqdim olunacaq arbitraj xərclərinin 30 faizi (otuz faiz) Elnur Çodarov, 70 faizi (yetmiş faiz) isə “Sumqayıt" Futbol Klubu MMC tərəfindən ödənilsin. 

5. Hər bir Tərəfin bu arbitrajla əlaqədar çəkdiyi xərclər və digər xərclər öz üzərinə aid edilsin. 

6. İddiaçının bütün digər və sonrakı vəsatətləri və ya yardım tələbləri rədd edilsin. 

Göründüyü kimi, CAS-ın qərarından da aydın olur ki, məşqçinin tələbinin yalnız üçdə bir hissəsi təmin edilib. 

Qərarda, eyni zamanda, Məşqçi tərəfindən də "Whatsapp" mobil tətbiqinə səs ataraq klubla sağollaşması və ardınca məşqlərə gəlməməsi müqavilə pozuntusu olaraq göstərilib. Klubun isə sadəcə olaraq, müqaviləyə xitam verməklə sərt addım atdığı qeyd edilib". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vətən müharibəsinin XRONİKASI: 10 oktyabr – VİDEO

Vətən müharibəsinin XRONİKASI: 10 oktyabr – VİDEO

Siciliyada nadir ikili TORNADO: 11 nəfər xəsarət aldı - VİDEO

Siciliyada nadir ikili TORNADO: 11 nəfər xəsarət aldı - VİDEO

“Bunu başqa yolla da həll edə bilərəm” - Tacirdən XƏBƏRDARLIQ - VİDEO

“Bunu başqa yolla da həll edə bilərəm” - Tacirdən XƏBƏRDARLIQ - VİDEO

Bakı və Tokio süni intellekt və rəqəmsal inkişafı MÜZAKİRƏ ETDİ - FOTO

Bakı və Tokio süni intellekt və rəqəmsal inkişafı MÜZAKİRƏ ETDİ - FOTO

“Everton” satılır: klub təsdiqlədi

“Everton” satılır: klub təsdiqlədi

Vensdən şirkətlərə SƏRT XƏBƏRDARLIQ: Yüksək gömrük rüsumları tətbiq ediləcək

Vensdən şirkətlərə SƏRT XƏBƏRDARLIQ: Yüksək gömrük rüsumları tətbiq ediləcək

Zelenskidən ABŞ-ın Rusiya dizelinə sanksiyaları yumşaltmasına REAKSİYA

Zelenskidən ABŞ-ın Rusiya dizelinə sanksiyaları yumşaltmasına REAKSİYA

Mourinyo Mbappeni müdafiə etdi

Mourinyo Mbappeni müdafiə etdi

Panamadakı zəlzələ 7 ölkədə sunami təhlükəsinə səbəb oldu

Panamadakı zəlzələ 7 ölkədə sunami təhlükəsinə səbəb oldu

Tramp Ağ Evə yeni mətbuat katibini TƏYİN ETDİ

Tramp Ağ Evə yeni mətbuat katibini TƏYİN ETDİ

Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO

Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO

Kreml Putin və Trampın telefon danışığının DETALLARINI AÇIQLADI

Kreml Putin və Trampın telefon danışığının DETALLARINI AÇIQLADI

TƏBİB-də yeni təyinat - FOTO

TƏBİB-də yeni təyinat - FOTO

İki ölkə Ukraynaya “Patriot” raketləri verməkdən İMTİNA ETDİ

İki ölkə Ukraynaya “Patriot” raketləri verməkdən İMTİNA ETDİ

Dünyanın ən çox maaş alan məşqçisi oldu

Dünyanın ən çox maaş alan məşqçisi oldu

Bakı-Ankara münasibətlərinə qarşı manipulyasiyaya cəhd edilib - Türkiyədən AÇIQLAMA - FOTO

Bakı-Ankara münasibətlərinə qarşı manipulyasiyaya cəhd edilib - Türkiyədən AÇIQLAMA - FOTO

Çay və qəhvəni çox içənlərin DİQQƏTİNƏ: Bunu mütləq nəzərə alın

Çay və qəhvəni çox içənlərin DİQQƏTİNƏ: Bunu mütləq nəzərə alın

Tovuzda yaşayış binasına ildırım düşdü, yanğın başladı - FOTO/VİDEO

Tovuzda yaşayış binasına ildırım düşdü, yanğın başladı - FOTO/VİDEO

ABŞ Rusiyanın dizel yanacağının satışına İCAZƏ VERDİ

ABŞ Rusiyanın dizel yanacağının satışına İCAZƏ VERDİ

"Ayın qolu"nun müəllifi mükafatlandırıldı

"Ayın qolu"nun müəllifi mükafatlandırıldı

Panamada 8 ballıq zəlzələ oldu – SUNAMİ TƏHLÜKƏSİ

Panamada 8 ballıq zəlzələ oldu – SUNAMİ TƏHLÜKƏSİ

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

BCM rəhbəri: “Məhkəmə xarici təhdidlərə boyun əyməyəcək” - VİDEO

BCM rəhbəri: “Məhkəmə xarici təhdidlərə boyun əyməyəcək” - VİDEO

"Neftçi" "Sabah"la heç-heçə etdi

"Neftçi" "Sabah"la heç-heçə etdi

End of content

No more pages to load

RADİO