"Yuventus" futbol komandasının hücumçusu Kriştiano Ronaldo İtaliya çempionatının "Spetsiya" ilə matçında fərqlənib.
Bizim.Media xəbər verir ki, matç turinlilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qollardan birini Ronaldo vurub.
Bu, 36 yaşlı portuqaliyalının A Seriyasının cari mövsümündə 20-ci qolu olub.
Ronaldo artıq 12-ci dəfədir milli çempionatlarda azı 20 qol vurur. Bu, müasir futbolda mütləq rekorddur.
Bizim.Media