Taylandda vegetarian festivalı keçirilir.
Bizim.Media “The Guardina”- a istinadən xəbər verir ki, Çin təqviminin doqquzuncu ayına təsadüf edən bayram “Doqquz İmperator Tanrısı festivalı” kimi də tanınır.
Doqquz gün davam edən festival zamanı iştirakçılar ətdən imtina edir, yalnız vegetarian qidalar qəbul edir, bədən və ruhun təmizlənməsini simvolizə edən dini mərasimlərdə iştirak edirlər.
Festival çərçivəsində keçirilən ayinlər və qeyri-adi dini rituallar tədbirə xüsusi rəng qatır. Bayram həm yerli sakinlərin, həm də turistlərin marağına səbəb olur.




Bizim.Media