İtaliya "Atalanta"sının futbolçusu Villi Ta Bi dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə klubun rəsmi tvitter səhifəsində məlumat verilib.
Məlumata görə, 21 yaşlı yarımmüdafiəçinin ölümünə onkoloji xəstəlik səbəb olub. Kot d İvuardan olan oyunçu bir müddətdir qaraciyər xərçəngindən əziyyət çəkirdi.
O, ömrünün son aylarını vətənində keçirib.
Qeyd edək ki, Villi Ta Bi ölkəsinin "ASEK Mimozas", "Mussu" klublarında, həmçinin İtaliyanın "Peskara" komandasında da çıxış edib.
Bizim.Media