AVRO-2024 seçmə mərhələsi başlayır – De Byazi Avstriyada Şahruddinsiz nə edəcək?

Bu gün futbol üzrə Avro-2024-ün seçmə mərhələsində ilk turun oyunları davam edəcək. Futbol üzrə milli komandamız mübarizə apardığı F qrupunda ilk görüşünü səfərdə Avstriya seçməsi ilə keçirəcək. Bu oyun öncəsi, ümumiyyətlə seçmə mərhələ çərçivəsində yığmamızın düşərgəsindəki vəziyyətə nəzər salaq.

Seriya davam edəcəkmi?

Əslində Cani De Byazi ilə başlayan uğursuz bir tsikl sonradan ardıcıl qələbələrlə tamamlandı. Özü də nəinki futbolçulara, həm də baş məşqçinin özünə də lazım olan bir vaxtda. Çünki italiyalı mütəxəssislə son dəfə müqavilə artırılarkən onunla seçmə mərhələnin son oyununa qədər anlaşma əldə olunmuşdu. Belədə ardıcıl 6 oyunluq məğlubiyyətsizlik seriyası (yoxlama oyunları da daxil olmaqla) onun xeyrinə işlədi. İndi bu seriyanı davam etdirmək lazımdır. Amma istənilən halda artıq rəqiblər nə Belarus, nə Qazaxıstan nə də Slovakiyadır. İndi biz dünya çempionatı iştirakçısı Belçika, İsveç, Avropa ortabablarından sayılan Avstriyaya qarşı oynamalıyıq.
 

MÖVZU İLƏ BAĞLI:

Cani De Byazi: “Yaxşı komandamız var”


Əslində qrupda bizə ən uyğun rəqib Estoniya daxil olmaqla onların hamısına qarşı oynamışıq. Hətta Belçika və Avstriyadan vaxtilə Bakıda xal da almışıq.

İsveçlə də uzun illər öncə məğlubiyyət olsa belə əzmkar münbarizəmiz var. Deməli, onların hər birinə qarşı yenə də mübarizlik ortaya qoya bilərik. Bu məqamda xeyrimizə olan məqamlar da var. Əvvəla artıq millinin kötüyü var. Müdafiədə Bəhlul-Bədavi tandemi, üstəlik, cinahlarda Höccət və Elvin Cəfərquliyev. Xüsusilə sonuncunun son vaxtlar əla formada olması əsas heyətdə yerini təmin edib.

Yarımmüdafiədə Emin Mahmudovun yaxşı formada olması sevindirir. Onun yanında Eddi İsrafilov və Almeyda kimi təcrübəli yarımmüdafiəçinin oynayacağını da gözləmək olar. Cinahlarda Ramil Şeydayevlə Özancan Kökcünün də yer alacağı sirr deyil. Çünki bu tandem milli komandanın uğur qazandığı son yunlarda etimadı tam doğruldub. Əsas problemimiz hücuma meylli yarımmüdafiə və ən əsası qapı xətti ilə bağlıdır.

Şahruddinin yerinə Yusif İmanov

Millinin əsas qapıçısı Şahruddin Məhəmmədəliyevin hələ yanvarda Antalya toplanışında zədələnməsi De Byazinin planlarını pozdu. Belədə baş məşqçinin Səlahət Ağayev və yaxud Emil Balayevdən birinə güvənəcəyini gözləmək olardı Ancaq gözlənilmədən italiyalının son açıqlamalarında Yusif İmanovun adını qabartması gündəm olub. De Byazi hesab edir ki, İmanov gənc olmasına baxmayaraq, çox inamlı oynayır və o da nə vaxtsa şans qazanıb təcrübə toplamalıdır.

Oyun öncəsi mətbuat konfransında bir daha “sabah qapıda gənc oyunçunu görə bilərsiniz” deməsi Yusifin start heyetində yer alacağı ehtimalını xeyli artırır. Bəs yaxşı belə məqamda De Byazi riskə getmirmi? Əlbəttə gedir. Tsiklin start matçında beynəlxalq təcrübəsi olmayan qapıçını oynatmaq iynə ilə gor qazmağa bərabərdir. Uğursuzluq qapıçının səhvi ilə bağlı olsa, hamı italiyalının boğazından yapışacaq. Ancaq risk özü də bir cürətdir. Əgər De Byazidə bu cürət varsa, deməli nəyəsə güvənir, və alqışlanası hərəkətdir.

Bombardir Musa və “yoldaş” Dadaşov

Son illər hamımız ölkəmizdə normal hücumçu yetişmədiyindən gileylənmişik. Amma bu seçmə mərhələ öncəsi De Byazinin hücum sarıdan qıtlığı yoxdur. Mərkəz forvardı kimi onun sərəncamında iki qol vurmağı bacaran oyunçu var. Biri ölkə çempionatının bombardiri Musa Qurbanlı. Digəri isə İsveçrədə ardıcıl qollarını vuran Renat Dadaşov. Özü də hər ikisi yaxşı formadadır.

Bax bu yerdə baş məşqçimizi seçimdə doğrudan da çətin anlar gözləyir. Məntiqlə o, Bakıda gözünün önündə olan Musaya güvənməlidir. Ancaq digər tərəfdən Renat artıq ona şans verilən oyunlarda özünü doğruldub. Hər halda Avropada oynaması da onun üstünlüyüdür. İnanaq ki, məşqçinin seçimi ilə futbolçuların oyun əzmi və istəyi ilə üst-üstə düşəcək.

Yarımcan Avstriyadan xal almaq olar

Milli komandamız seçmə mərhələyə iki səfər oyunu ilə başlayır. Düzdür bu heç də xeyrimizə deyil. Hər halda biz həmişə ev komandası hesab olunmuşuq. Ancaq səfərdə başlamağın üstün cəhətləri də var. Əvvəla doğma meydan basqısınıdan da qurtulursan. İkincisi son oyunları evdə keçirmək imkanı əldə edirsən. Rəqiblərə gəldikdə onların heç biri əvvəlki gücündə deyil.

Avstriya isə ümumiyyətlə bu günkü oyuna ciddi itkilərlə çıxacaq. Marko Arnautoviç, ən əsası lider David Alaba olmayacaq. Üstəlik, əsas heyətdə olan daha bir neçə futbolçunun oynamamaq ehtimalı var. Deməli, müəyyən qədər zəifləmiş rəqibdən xal almaq imkanımız çoxalır. Sadəcə olaraq düzgün və lazımı oyunçulara hesablanmış taktika Dədə Qorqudun təbirincə desək De Byazi və millimizin yarasına dərmandır. Start həyəcanını boğmaq problemi zənn edirəm artıq oyunçularımızı qorxutmamalıdır.

Onlar artıq belə oyunları kifayət qədər görüblər. Sürətli hücumları dəf etməyin yollarını da yaxşı bilirlər.

Əks hücumda maksimum nəticə və standart vəziyyətlərdə uduzmamaq. Sonuncu yəqin ki, rəqibin əsas üstünlüyüdür. Çünki ucaboy və fiziki cəhətdən hazırlıqlı oyunçuları var. Əlbəttə, biz bu gün Avropanın yaxşı hazırlıqlı komandasına qarşı oynayacağıq. Və sadalanan komponentlərdə rəqibi üstələmək çətindir. Ancaq futbol meydanda oynanılır və qazanılır. Deməli sadəcə olaraq milliyə inanmaq lazımdır. 

Sonda onu da xatırladaq ki, Avstriya - Azərbaycana oyunu Linz şəhərindəki "Raiffeisen Arena"da keçiriləcək və Bakı vaxtı ilə 23:45-də başlanacaq. Qarşılaşmanı polşadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Bartoş Frankovskiyə Marçin Boniek və Yakub Vinkler köməklik göstərəcəklər. Görüşdə ehtiyat hakim funksiyasını Damian Kos yerinə yetirəcək.

AVRO-24, Seçmə mərhələ

F Qrupu

Saat 23-45 

Avstriya-Azərbaycan

Linz şəhəri, "Raiffeisen Arena" stadionu

Baş hakim Bartoş Frankovski (Polşa)

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Polşa İrana qarşı müharibəyə qoşulmaq niyyətində deyil” – Sikorski

“Polşa İrana qarşı müharibəyə qoşulmaq niyyətində deyil” – Sikorski

Çörək seçimində çoxlarının etdiyi səhv – FAYDALI MƏLUMAT

Çörək seçimində çoxlarının etdiyi səhv – FAYDALI MƏLUMAT

Messi rekordunu yeniləyə bilər

Messi rekordunu yeniləyə bilər

İran ABŞ-ı bölgədən çıxarmaq İSTƏYİR: Uzaqmənzilli raketlər üzərində işləyir

İran ABŞ-ı bölgədən çıxarmaq İSTƏYİR: Uzaqmənzilli raketlər üzərində işləyir

Sumqayıtda inzibati bina sökülərək yerində yaşayış binası tikilir? - VİDEO

Sumqayıtda inzibati bina sökülərək yerində yaşayış binası tikilir? - VİDEO

“Real” Kurtua ilə RAZILAŞDI

“Real” Kurtua ilə RAZILAŞDI

Zelenskinin müşaviri: “ABŞ-ın Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırmayacağına inanırıq”

Zelenskinin müşaviri: “ABŞ-ın Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırmayacağına inanırıq”

Uzun müddət belə oturmayın – Mütəxəssislərdən XƏBƏRDARLIQ

Uzun müddət belə oturmayın – Mütəxəssislərdən XƏBƏRDARLIQ

Toydan sonra mübahisə qanla bitdi - 30 yaşlı kişi BIÇAQLANDI

Toydan sonra mübahisə qanla bitdi - 30 yaşlı kişi BIÇAQLANDI

Polşa Avropada Rusiya konsulluqlarının bağlanmasına ÇAĞIRIŞ ETDİ

Polşa Avropada Rusiya konsulluqlarının bağlanmasına ÇAĞIRIŞ ETDİ

“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə”

“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə”

Bakının bu rayonunda sabah SU OLMAYACAQ

Bakının bu rayonunda sabah SU OLMAYACAQ

Zelenski: “Almaniya “Könüllülər koalisiyası”nın görüşünü təşkil etməyə hazırlaşır”

Zelenski: “Almaniya “Könüllülər koalisiyası”nın görüşünü təşkil etməyə hazırlaşır”

Qızının ailə qurmağa hazırlaşmasından danışdı - VİDEO

Qızının ailə qurmağa hazırlaşmasından danışdı - VİDEO

Prezidentin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair VİDEOÇARX paylaşıldı

Prezidentin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair VİDEOÇARX paylaşıldı

“Mançester Siti”nin qələbəsi gərgin anlarla YADDA QALDI

“Mançester Siti”nin qələbəsi gərgin anlarla YADDA QALDI

Ukrayna ilk dəfə Rusiyaya qarşı öz istehsalı olan ballistik raketdən İSTİFADƏ ETDİ

Ukrayna ilk dəfə Rusiyaya qarşı öz istehsalı olan ballistik raketdən İSTİFADƏ ETDİ

Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim etdi - FOTO

Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim etdi - FOTO

33 ildir itkin oğlunun yolunu gözləyən şəhid anası vəfat etdi - FOTO

33 ildir itkin oğlunun yolunu gözləyən şəhid anası vəfat etdi - FOTO

Dünyanı xilas etmək üçün danışıqlar uğursuz oldu – Alimlərdən EKSPERİMENT

Dünyanı xilas etmək üçün danışıqlar uğursuz oldu – Alimlərdən EKSPERİMENT

"28 May" metrosunun qarşısında kütləvi həbslər – Saxlanılanların sayı 200-ü keçdi?

"28 May" metrosunun qarşısında kütləvi həbslər – Saxlanılanların sayı 200-ü keçdi?

Zelenski seçkilərin keçirilməsi üçün 60 gün vaxt İSTƏDİ

Zelenski seçkilərin keçirilməsi üçün 60 gün vaxt İSTƏDİ

Məşhur türk yazarın ölümü 70 ildən sonra yenidən araşdırılır – Müəmmalı məqamlar var

Məşhur türk yazarın ölümü 70 ildən sonra yenidən araşdırılır – Müəmmalı məqamlar var

Sərnişinlərin NƏZƏRİNƏ: Futbola görə 18 marşrutun hərəkəti dəyişdiriləcək

Sərnişinlərin NƏZƏRİNƏ: Futbola görə 18 marşrutun hərəkəti dəyişdiriləcək

End of content

No more pages to load

RADİO