Reytinq turnirinə qatılacaq güləşçilər - SİYAHI 

Azərbaycan Güləş Federasiyası (AGF) fevralın 1-də Xorvatiyada start götürəcək "Zaqreb Open" turnirində iştirak edəcək idmançıların adlarını açıqlayıb.

AGF-dən Bizim.Media-ya verilən məlumata görə, 5 gün davam edəcək ilin ilk reytinq yarışında ölkənin 31 pəhləvanı mübarizə aparacaq.

Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında 10 sərbəst güləşçi “Qran-pri”də qüvvəsini sınayacaq. Heyətdə Əliabbas Rzazadə, İslam Bazarqanov (hər ikisi 57 kq), Hacı Əliyev, Əli Rəhimzadə (hər ikisi 65 kq), Xadjimurad Qadjiyev (70 kq), Cəbrayıl Qadjiyev (74 kq), Abubakr Abakarov (86 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) və Georgi Meşvildişvili (125 kq) yer alıb.

Qadın güləşçilərin yarışında baş məşqçi əvəzi Rövşən Umudovun rəhbərliyi altında Mariya Stadnik, Türkan Nəsirova (hər ikisi 50 kq), Elnurə Məmmədova (55 kq), Alyona Kolesnik (59 kq) və Elis Manolova (62 kq) mübarizə aparacaq.

Yunan-Roma güləşi üzrə millimiz isə daha geniş tərkibdə iştirak edəcək. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov, Nihat Məmmədli (hər ikisi 60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Tuncay Vəzirzadə (82 kq), İslam Abbasov, Məhəmməd Əhmədiyev (hər ikisi 87 kq), Arif Niftullayev, Zamir Maqomedov, Murat Lokyayev (hamısı 97 kq), Sabah Şəriəti, Beka Kandelaki və Sərxan Məmmədov (hamısı 130 kq) reytinq turnirində ölkəni təmsil edəcək.

Fevralın 1-də 57, 61, 65, 70, 74 və 86 kq-da yer alan sərbəst güləşçilər, növbəti gün 92, 97 və 125 kq-da çıxış edən sərbəst güləşçilər və 50, 55 kq-dakı qadın idmançılar xalça üzərinə çıxacaq. Ayın 3-də 59, 62, 65 və 68 kq-da yer alan qadınlarla yanaşı, 77 və 87 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparacaq.
Fevralın 4-də 53, 57, 72 və 76 kq-dakı qadınlar, eləcə də 63 və 67 kq-dakı yunan-Roma güləşçiləri nəyə qadir olduqlarını nümayiş etdirəcəklər. Yarışın son günündə isə 55, 60, 72, 82, 97 və 130 kq-da yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.

Qeyd edək ki, “Zaqreb Open”də I kateqoriyalı hakim Tural Əliyev ədaləti qoruyacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kiyev meriyası ilə mərkəzi hakimiyyət arasında gərginlik: Vitali Kliçko Ali Radaya çağırıldı

Kiyev meriyası ilə mərkəzi hakimiyyət arasında gərginlik: Vitali Kliçko Ali Radaya çağırıldı

Ermənistanda COP-17-yə ayrılan pullar mənimsənilib?

Ermənistanda COP-17-yə ayrılan pullar mənimsənilib?

İşçiləri “təcrübəçi” adı altında ödənişsiz çalışdıranlara XƏBƏRDARLIQ

İşçiləri “təcrübəçi” adı altında ödənişsiz çalışdıranlara XƏBƏRDARLIQ

Birlik, nizam-intizam və sağlam gələcək – VİDEO

Birlik, nizam-intizam və sağlam gələcək – VİDEO

Daim münasibət axtaran 4 bürc bəlli oldu: Tək qalmağı sevmirlər

Daim münasibət axtaran 4 bürc bəlli oldu: Tək qalmağı sevmirlər

"44" filminin ən gənc aktyoru Rasim Abdullayev: "Babam 1-ci, atam isə 2-ci Qarabağ müharibəsində vuruşub"

"44" filminin ən gənc aktyoru Rasim Abdullayev: "Babam 1-ci, atam isə 2-ci Qarabağ müharibəsində vuruşub"

Peskov "WP" nəşrinin Ukrayna üzrə sülh planı haqqında məqaləsini şərh etdi

Peskov "WP" nəşrinin Ukrayna üzrə sülh planı haqqında məqaləsini şərh etdi

Naftalan məktəbində nümunəvi mənzərə - VİDEO

Naftalan məktəbində nümunəvi mənzərə - VİDEO

BMT-nin 47 üzv ölkəsindən Rusiyaya sərt çağırış: "Qoşunlarınızı Ukraynadan dərhal çıxarın"

BMT-nin 47 üzv ölkəsindən Rusiyaya sərt çağırış: "Qoşunlarınızı Ukraynadan dərhal çıxarın"

Rusiyada Gürcüstanı "məhv etməyə" çağıran şəxs cərimələndi

Rusiyada Gürcüstanı "məhv etməyə" çağıran şəxs cərimələndi

XIX əsrə aid müalicəvi "Şor hamamı" söküləcək? – VİDEO

XIX əsrə aid müalicəvi "Şor hamamı" söküləcək? – VİDEO

Müharibə zamanı ölkədən qaçan ukraynalı müğənnidən yeni XƏBƏR VAR - FOTO

Müharibə zamanı ölkədən qaçan ukraynalı müğənnidən yeni XƏBƏR VAR - FOTO

Lənkəranda ana və 3 yaşlı övladının bıçaqlanmasının TƏFƏRRÜATI

Lənkəranda ana və 3 yaşlı övladının bıçaqlanmasının TƏFƏRRÜATI

Ukrayna ordusu Kupyanskda Rusiya hərbçilərinə zərbə endirdi – ANBAAN VİDEO

Ukrayna ordusu Kupyanskda Rusiya hərbçilərinə zərbə endirdi – ANBAAN VİDEO

Qırğızıstandakı səfirimizin qardaşı vəfat etdi

Qırğızıstandakı səfirimizin qardaşı vəfat etdi

Tanınmış modeldən VALİDEYNLƏRƏ - “Öz dünyagörüşünüzü övladlarınıza məcburən qəbul etdirməyin”

Tanınmış modeldən VALİDEYNLƏRƏ - “Öz dünyagörüşünüzü övladlarınıza məcburən qəbul etdirməyin”

Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi – FOTO

Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi – FOTO

Cəbi Bəhramovdan İran mollalarına SƏRT REAKSİYA - “Qarabağda 67 məsciddən 65-i dağıdılanda niyə səsiniz çıxmırdı?!”

Cəbi Bəhramovdan İran mollalarına SƏRT REAKSİYA - “Qarabağda 67 məsciddən 65-i dağıdılanda niyə səsiniz çıxmırdı?!”

Ukrayna ordusu Kursk vilayətində “İskander-M” kompleksinin təmir bazasını vurdu

Ukrayna ordusu Kursk vilayətində “İskander-M” kompleksinin təmir bazasını vurdu

Türkiyənin hakim partiyasının rəsmilərinin qərəzli açıqlamalarına YAP-dan CAVAB

Türkiyənin hakim partiyasının rəsmilərinin qərəzli açıqlamalarına YAP-dan CAVAB

Novxanı-Pirşağı istiqamətində kanalizasiya kollektorunun tikintisinə başlanılır – FOTO

Novxanı-Pirşağı istiqamətində kanalizasiya kollektorunun tikintisinə başlanılır – FOTO

Azərbaycanda ilk dəfə meyitdən ürək köçürülən 20 yaşlı gənc vəfat etdi – FOTO

Azərbaycanda ilk dəfə meyitdən ürək köçürülən 20 yaşlı gənc vəfat etdi – FOTO

Laos Prezidenti Zəfər parkını ziyarət etdi – FOTO

Laos Prezidenti Zəfər parkını ziyarət etdi – FOTO

Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi – FOTO

Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi – FOTO

End of content

No more pages to load

RADİO