İspaniya "Barselona"sının və Argentina yığmasının hücumçusu Lionel Messi son 10 ilin ən yaxşı futbolçusu seçilib.
Bizim.Media Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, oyunçuların reytinqi quruma 150 üzv federasiyanın rəsmiləri arasındakı səsvermə nəticəsində tərtib olunub.
İkinci yeri İtaliya "Yuventus"unun və Portuqaliya millisinin forvardı Kriştiano Ronaldo tutub.
Üçüncü pillədə isə İspaniya yığmasının və "Barselona"nın sabiq yarımmüdafiəçisi, hazırda Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edən Andres İnyesta qərarlaşıb.
"10-luğ"a Neymar (Braziliya, PSJ Fransa), Serxio Ramos (İspaniya, "Real Madrid"), Manuel Noyer (Almaniya, "Bavariya"), Robert Levandovski (Polşa, "Bavariya" Almaniya), Canluici Buffon (İtaliya, "Yuventus"), Zlatan İbrahimoviç (İsveç, "Milan" İtaliya) və Luka Modriç (Xorvatiya, "Real Madrid" İspaniya) da düşüb.
Bizim.Media