Bakının “Səbail” klubunun məşqçisi Vüqar Məmməd cəzalanıb.
Bizim.Media-nın məlumatına görə, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.
Qurum məşqçini 20 oyunluq diskvalifikasiya edib. Buna V.Məmmədin Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab görüşündəki hərəkəti səbəb olub.
Qeyd edək ki, Azərbaycan yığmalarının sabiq baş məşqçisi “Sumqayıt”la ev qarşılaşmasında köməkçi hakimi vurub. Onun hərəkətinə görə “Səbail” 16 min manat cərimə ödəyəcək.
Bizim.Media