Bir müddət əvvəl “Zirə”dən ayrılan təcrübəli futbolçu Təmkin Xəlilzadə gələcək karyerası ilə bağlı qərar verməyib. Onun “Şamaxı” ilə anlaşdığı deyilsə də, başqa bir variant ortaya çıxıb.
Bizim.Media xəbər verir ki, Xəlilzadənin keçmiş klubu “Qəbələ”dən ona təklif gəlib.
Hazırda tərəflər arasında danışıqlar gedir. Güman ki, “Qəbələ”nin təklifi daha sərfəli olduğundan yarımmüdafiəçi “Şamaxı” ilə danışıqları yarımçıq dayandırıb. Yaxın günlərdə futbolçunun “Qəbələ” ilə müqavilə bağlayacağı gözlənilir.
Qeyd edək ki, Təmkin Xəlilzadə 2018/19-cu illər mövsümündə “Qəbələ”də oynayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media