Qətərdə keçirilən dünya çempionatının C qrupunda ilk tura yekun vurulub.
Bizim.Media xəbər verir ki, qrupun 2-ci oyununda Meksika və Polşa yığmaları qarşılaşıb. Oyunda hesab açılmayıb.
Qeyd edək ki, C qrupunun ilk matçında Səudiyyə Ərəbistanı gözlənilmədən Argentina millisinə qalib gəlib - 2:1. Hazırda turnir cədvəlinə 3 xalla ərəblər başçılıq edir. Meksika və Polşa hərəyə 1 xalla 2-3-cü yerləri bölüşürlər.
Bizim.Media