"Düşünürəm ki, karyeram üçün yeni çağırış axtarmağın vaxtı çatıb".
Bizim.Media-nın məlumatına görə, bunu İngiltərənin "Mançester Yunayted" klubu ilə yollarını ayıran portuqaliyalı futbolçu Kriştianu Ronaldu özünün sosial şəbəkə hesabında yazıb.
37 yaşlı hücumçu azarkeşlərlə vidalaşıb: "Mançester Yunayted"i və fanatlarını çox sevirəm. Bu, heç vaxt dəyişməyəcək. Müzakirələrdən sonra razılığa gəldik ki, müqaviləni dərhal ləğv edək. Komandaya mövsümün qalan hissəsində və gələcəkdə uğurlar arzulayıram".
Qeyd edək ki, forvard bu yaxınlarda “The Sun” qəzetinə verdiyi müsahibədə "Mançester Yunayted"in ona xəyanət etdiyini söyləmişdi.
Bizim.Media