Kriştianu Ronaldu hazırda komandasız qalıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərənin "Mançester Yunayted" komandası portuqaliyalı futbolçu ilə müqaviləni pozub.
Belə ki, tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığı dayandırıblar. Komanda rəhbərliyi portuqaliyalı futbolçuya xidmətlərinə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, 37 yaşlı forvard bu yaxınlarda verdiyi müsahibədə "Mançester Yunayted"in ona xəyanət etdiyini söyləmişdi.
Bizim.Media