"Rəqibi təbrik edirəm. Mundiala pis başladıq. Əsəb və məsuliyyət bizimlə amansız zarafat etdi".
Bizim.Media xəbər verir ki, bunu Qətər millisinin baş məşqçisi Feliks Sançes Bas Ekvadora 0:2 hesabı ilə uduzduqları dünya çempionatının açılış oyunundan sonra mətbuat konfransında deyib.
İspaniyalı mütəxəssis pis oynadıqlarını bildirib:
"Ardıcıl dörd ötürmə verə bilmirdik. Bəlkə də çox fikirləşirdik. İstədiyimiz səviyyəyə çatmaq mümkün olmadı. Qarşıda ən azı daha 2 oyunumuz var. Əminəm ki, daha yaxşı çıxış edəcəyik".
Qeyd edək ki, ev sahibləri A qrupundakı ikinci oyununu Seneqala qarşı keçirəcək.
Bizim.Media