Azərbaycan millisi səfərdə Şimali Makedoniyaya qalib gəldi - 3:1

Futbol üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib.

Bizim.Media xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv səfərdə Şimali Makedoniya ilə qarşılaşıb.

Skopyedəki “Todor Proeski Milli Arena”sında oynanılan görüş millinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda ilk təhlükəli vəziyyəti 5-ci dəqiqədə meydan sahibləri yaradıblar. Amma Elif Elmasın zərbəsində dəqiqlik çatmayıb. 10-cu dəqiqədə Musa Qurbanlının yaxın məsafədən sol ayaqla zərbəsi zəif alınıb. 15-ci dəqiqədə Ramil Şeydayevin sol cinahdan yerlə ötürməsinə Emin Mahmudov toxunsa da, müdafiəçi son anda topun qapıya getməsinə mane olub.

4 dəqiqədə sonra rəqib müdafiəçilər bu dəfə Musa Qurbanlının zərbəsini zərərsizləşdiriblər. 25-ci dəqiqədə isə hesab açılıb. Aleksey İsayevin kobudluğundan sonra təyin olunan penaltini dəqiq yerinə yetirən Enis Bardi Şimali Makedoniyanı önə çıxarıb. 

Meydan sahiblərinin qol sevinci 13 dəqiqə çəkib. 38-ci dəqiqədə Elvin Cəfərquliyev düşünülmüş hücumu məntiqi sonluqla başa çatdırıb. 22 yaşlı müdafiəçi yığmadakı 8-ci oyununda ilk qolunu vurub.
43-cü dəqiqədə Mahmudovun ötürməsi zamanı avtoqol qeydə alına bilərdi. Lakin son anda top qapının yanından keçib. İlk hissənin əsas vaxtına əlavə olunmuş dəqiqədə İlya Nestorovskinin yaxın məsafədən başla vurduğu top tirin üstündən keçib.

Birinci hissə bu hesabla başa çatıb.

İkinci yarıya daha fəal başlayan Azərbaycan millisi 49-cu dəqiqədə 2-ci qola yaxın olub.

Cəfərquqilyevin dubl etməsinə Damyen Şişkovski mane olub. 52-ci dəqiqədə meydan sahibləri azlıqda qalıblar. Boban Nikolov ikinci sarı vərəqə ilə meydandan qovulub. Say üstünlüyündən istifadə edən yığma 65-ci dəqiqədə Musa Qurbanlının qolu ilə hesabı öz xeyrinə dəyişib. Bu, 20 yaşlı hücumçunun millidə ilk qolu olub. 

72-ci dəqiqədə Mahir Emrelinin zərbəsini Şişkovski çətinliklə küncə çıxarıb. 75-ci dəqiqədə Höccət Haqverdi birbaşa qırmızı vərəqə alaraq, meydanı tərk edib. 79-cu dəqiqədə Şimali Makedoniyadan Yani Atanasovun zərbəsi qapı tirinə tuş gəlib.

88-ci dəqiqədə Enis Bardinin zərbəsi tirdən qayıdıb. Matçda son nöqtəni isə Şeydayev qoyub.

O, 89-cu dəqiqədə Azər Salahlanın ötürdüyü topu başla qapıdan keçirib.

Beləliklə, Azərbaycan millisi ardıcıl 5-ci qələbəsini qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

HDQ-nin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak etdi - FOTO

HDQ-nin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak etdi - FOTO

Millimiz “Antalyaspor”a QALİB GƏLDİ

Millimiz “Antalyaspor”a QALİB GƏLDİ

Roma Papasının ağciyərində bədxassəli şiş aşkarlandı - Əməliyyat olundu

Roma Papasının ağciyərində bədxassəli şiş aşkarlandı - Əməliyyat olundu

Azarkeşlər son anda qadağa ilə üzləşdi

Azarkeşlər son anda qadağa ilə üzləşdi

Bakının bu rayonlarında işıq olmayacaq

Bakının bu rayonlarında işıq olmayacaq

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU - FOTO

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU - FOTO

“Sabah”a uduzduqdan sonra komandasını TƏNQİD ETDİ

“Sabah”a uduzduqdan sonra komandasını TƏNQİD ETDİ

Bu BÜRCLƏRİ bir neçə xoşbəxt həftə gözləyir

Bu BÜRCLƏRİ bir neçə xoşbəxt həftə gözləyir

Paytaxtda ağır qəza olub, xəsarət alan var - VİDEO

Paytaxtda ağır qəza olub, xəsarət alan var - VİDEO

Britaniyanın Tehrandakı səfiri XİN-ə ÇAĞIRILDI

Britaniyanın Tehrandakı səfiri XİN-ə ÇAĞIRILDI

“Qarabağ” “Sabah”ı TƏBRİK ETDİ

“Qarabağ” “Sabah”ı TƏBRİK ETDİ

Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

Aİ Ukrayna üçün daha iki danışıqlar klasterini AÇDI

Aİ Ukrayna üçün daha iki danışıqlar klasterini AÇDI

İnsan neçə dil öyrənə bilər? - Alimlərdən maraqlı ARAŞDIRMA

İnsan neçə dil öyrənə bilər? - Alimlərdən maraqlı ARAŞDIRMA

Moskvanın üç aeroportunda uçuşlara məhdudiyyət QOYULDU

Moskvanın üç aeroportunda uçuşlara məhdudiyyət QOYULDU

Kahim Perris Azərbaycan futbol tarixinə düşdü

Kahim Perris Azərbaycan futbol tarixinə düşdü

Alena Əliyeva "44" filminin premyerasından paylaşım etdi - FOTO

Alena Əliyeva "44" filminin premyerasından paylaşım etdi - FOTO

Azərbaycan-Laos əlaqələrinin inkişafı müzakirə olundu - FOTO

Azərbaycan-Laos əlaqələrinin inkişafı müzakirə olundu - FOTO

İlon Mask yenə trilyonçu statusunu İTİRDİ

İlon Mask yenə trilyonçu statusunu İTİRDİ

Ağ Evin yeni mətbuat katibi ilk brifinqindən sonra vəzifəsini İTİRƏ BİLƏR

Ağ Evin yeni mətbuat katibi ilk brifinqindən sonra vəzifəsini İTİRƏ BİLƏR

“Sabah” doğma meydanda tarix yazdı - VİDEO

“Sabah” doğma meydanda tarix yazdı - VİDEO

Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO

Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakının 2 rayonunda yol bağlanacaq

Sürücülərin NƏZƏRİNƏ: Bakının 2 rayonunda yol bağlanacaq

Ukraynada səfərbərlikdən möhlət qaydaları SƏRTLƏŞDİRİLİR

Ukraynada səfərbərlikdən möhlət qaydaları SƏRTLƏŞDİRİLİR

End of content

No more pages to load

RADİO