Qətərdə noyabrın 20-dən dekabrın 18-dək davam edəcək futbol üzrə 22-ci dünya çempionatının oyunlarını yayımlayacaq kanal məlum olub.
Bizim.Media xəbər verir ki, sözügedən oyunları eksklüziv olaraq İctimai TV və Radionun efirindən canlı izləmək mümkün olacaq.
Bu barədə İTV məlumat yayıb.
Təntənəli açılış mərasimi 20 noyabr 18:45-də başlayacaq.
Qeyd edək ki, ilk qarşılaşma - ev sahibi olan Qətər milli komandası ilə Ekvador yığması arasında həmin gün saat 20:00-da keçiriləcək.
Bizim.Media