Kişineuda Moldova və Azərbaycan milli komandaları arasında beynəlxalq yoldaşlıq oyununun ikinci hissəsi başlayıb. Komandamız ilk hissədən sonra 2-0 irəlidədi.
*** 21:51
Kişineuda Moldova və Azərbaycan milli komandaları arasında beynəlxalq yoldaşlıq oyununun ilk 45 dəqiqəsi başa çatıb.
Bizim.Media xəbər verir ki, "Zimbru" stadionundakı görüşdə komandamız 2-0 hesabla irəlidədi.
İlk qolu Azərbaycan millisinin oyunçusu Emin Mahmudov 28-ci dəqiqədə vurub. İkinci qol isə 42-ci dəqiqədə Aleksey İsayevdən gəlib.
Bizim.Media