Argentinanın "River Pleyt" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Bizim.Media xəbər verir ki, komanda son olaraq "Bavariya"nın B komandasını çalışdıran Martin Demiçelis tapşırılacaq.
Bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.
Argentina millisinin sabiq üzvü yeni ildən "River Pleyt"də işə başlayacaq. Komandanın hazırkı baş məşqçisi Marselo Qalyardo dekabrda vəzifəsindən ayrılacaq.
Bizim.Media