Portuqaliya millisinin ulduzları Kriştianu Ronaldo və Bruno Fernandeş arasındakı soyuq münasibət diqqətdən yayınmayıb.
Bizim.Media xəbər verir ki, eyni klubda çıxış edən futbolçular yığmanın düşərgəsinə qatıldıqdan sonra Qətərdə üz-üzə gəliblər.
Futbolçular arasındakı maraqlı məqam da elə Qətərdə baş verib. Belə ki, Ronaldo komanda yoldaşına görüşmək üçün əl uzatsa da, Bruno əvvəlcə ona əhəmiyyət verməyib, daha sonra isə soyuq şəkildə görüşüb.
Portuqaliya və İngiltərə mediasının yazdığına görə buna səbəb Kriştianunun “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haaqı və klub rəhbərliyini tənqid etməsidir.
Bizim.Media