"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Gent" Belçika çempionatında 17-ci tur oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, komanda "Kortyek"in qonağı olub və 4:0 hesabı ilə qalib gəlib.
"Kortyek" - "Gent" - 0:4
Qollar: Hyulsager, 33, Salah, 40, 72, Depoitre, 69
"Gent" hazırda turnir cədvəlində 30 xalla 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, "Qarabağ" "Gent"ə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.
Bizim.media