"Elçe"nin baş məşqçisi Xorxe Almiron istefaya göndərilib.
Bizim.Media xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. İstefaya komandanın La Liqada uğursuz çıxışı səbəb olub.
Belə ki, "Elçe" İspaniya çempionatında bu mövsüm 1 dəfə də olsun qələbə qazana bilməyib. Komanda hazırda 4 xalla sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, X.Almiron oktyabrın 12-də "Elçe"nin baş məşqçisi təyin olunub.
Bizim.Media