Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.
Bizim.Media xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Püşkdə qrup mərhələsini ilk pillədə başa vuran komandalar iştirak edəcəklər. Qrup birinciləri səpələnmişlər, ikinci yerin sahibləri səpələnməmişlər səbətində yer alacaq.
Səpələnmişlər: “Bavariya” (Almaniya), “Benfika”, “Portu” (Portuqaliya), “Çelsi”, “Mançester Siti”, “Tottenhem” (hamısı İngiltərə), “Napoli” (İtaliya).
Səpələnməmişlər: “Brügge” (Belçika), “Borussiya” (Dortmund), “Ayntraxt”, “Leypziq” (hamısı Almaniya), “İnter” (İtaliya), “Milan” (İtaliya), “Liverpul” (İngiltərə), PSJ (Fransa).
Bizim.Media