Misli Premyer Liqasında 13-cü turun oyunları davam edir.
Bizim.Media xəbər verir ki, bu gün 2 matç keçirilib. Əvvəlcə "Qəbələ" "Zirə"ni qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.
"Neftçi" isə səfərdə "Sumqayıt"la qarşılaşıb. Oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
19:00-da başlamalı olan görüş "Neftçi"nin tıxaca görə stadiona gecikməsi səbəbindən 19:30-da start götürüb.
Qeyd edək ki, tura sabah keçiriləcək 2 görüşlə yekun vurulacaq.
Bizim.Media