"Yuventus"un sabiq futbolçusu Alessandro Del Pyero "Tottenhem"in baş məşqçisi Antonio Kontenin adının Turin təmsilçisi ilə hallanmasına münasibət bildirib.
Bizim.Media xəbər verir ki, o, mütəxəssisin "Yuventus"a qayıtmayacağını deyib:
"Hazırda hər kəs Antonionun "Yuventus"a dönüşündən bəhs edir. Çünki burada çalışdığı müddətdə uğurlu oldu. Azarkeşlər onu sevir. Ancaq Kontenin "Yuventus"a qayıdacağını düşünmürəm. O, hazırda "Tottenhem"lə Çempionlar Liqasında uğur qazanmağı hədəfləyir".
Qeyd edək ki, Konte 2011-2014-cü illərdə "Yuventus"u çalışdırıb.
Bizim.Media