"Mançester Yunayted"də oktyabr ayının ən yaxşı oyunçusu məlum olub.
Bizim.Media xəbər verir ki, Kazemiro komanda yoldaşlarını qabaqlayıb. Braziliyalı yarımmüdafiəçi azarkeşlərin 34 faiz səsini toplayıb.
Kazemiro Lisandro Martines (31%), Markus Reşford (19%) və Dioqo Dalotu (16%) qabaqlayıb.
Oktyabr ayında Kazemiro "Mançester Yunayted"in heyətində 9 oyun keçirib, yalnız birində start heyətində meydana çıxmayıb.
Bizim.Media