“Mən Türkiyəyə, prezident Ərdoğan və xarici işlər naziri Çavuşoğluna taxıl sazişinin imzalanması və yenidən bərpa olunmasına görə təşəkkür edirəm”.
Bizim.Media xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransı zamanı bildirib.
O bildirib ki, Türkiyə NATO-nun çox vacib üzvüdür və terrorla mübarizədə böyük işlər görür, NATO da öz növbəsində Türkiyənin təhlükəsizliyinə böyük dəstək verir.
Bizim.Media