Xəbər verdiyimiz kimi, bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Nant”la qarşılaşır.
Bizim.Media xəbər verir ki, Bakıda bu rəqibini 3:0 hesabı ilə məğlub edən “Qarabağ”a qrupdan çıxmaq üçün heç-heçə də kifayət edir.
Təmsilçimiz qalib gəlməklə qrupu birinci pillədə başa vurmaq şansını da saxlaya bilər. Bunun üçün qrupun digər oyununda lider “Frayburq” "Olimpiakos"la görüşdə xal itirməlidir.
Bizim.Media