"Qarabağ"ın sabiq legioneri: "Nant"la oyun asan olmayacaq"

"Bakıdakı məğlubiyyətə baxmayaraq, "Nant" yaxşı komandadır. Heyətində keyfiyyətli oyunçular var. Düşünürəm ki, "Qarabağ" üçün asan olmayacaq".

Bizim.Media xəbər verir ki, bunu report.az-a açıqlamasında "Qarabağ"ın Sabiq futbolçusu Donald Gerye "köhlən atlar"ın Fransada "Nant"a qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunu barədə danışarkən deyib.

Haitili yarımmüdafiəçi bildirib ki, meydan sahibləri evdə yaxşı təsir bağışlasa da, Ağdam klubu səfərdən istədiyi nəticə ilə qayıtmaq gücündədir:

"Qarabağ"ın Qurban Qurbanov kimi baş məşqçisi var. İstənilən komandanı dəqiq analiz edib, futbolçularına lazımi tapşırıqları verir. Orada oynayarkən bunun dəfələrlə şahidi olmuşam. Bu baxımdan "Qarabağ"ın səfərdə ən azı heç-heçə edib, pley-offa çıxacağını düşünürəm".
Hazırda Kiprin "Olimpiakos" (Nikosiya) klubunda çıxış edən 33 yaşlı oyunçu "Qarabağ"ın Avropa Liqasında daha yaxşı nəticələrə imza atacağına inandığını söyləyib:

"Çünki çox yaxşı komandadır. Qurban Qurbanov futbolçularda qələbə mentalitetini formalaşdırıb. Hər oyunda qalib gəlmək istəyirlər. Hesab edirəm ki, qrupdan çıxmaq komandaya əlavə motivasiya verəcək. Hazırda "Qarabağ"ın əla hücum xətti var. Təbii ki, müdafiə və yarımmüdafiəçiləri də unutmaq olmaz. Bir sözlə, komanda ideal vəziyyətdədir. Bunları nəzərə alsaq, mümkün qədər irəliləyə biləcəklərini söyləmək olar. Niyə də olmasın?!".

O, dəqiq proqnoz verməyin çətin olduğunu vurğulayıb:

"Konkret olaraq, hansı mərhələyədək gedəcəklərini demək mümkün deyil. Çünki müasir futbolda gözlənilməz nəticələr çox olur. Sadəcə, onu deyə bilərəm ki, komanda inkişaf etmək üçün çox çalışır. Üstəlik, "Qarabağ"ın Ağdamı təmsil etməsi komandaya sanki əlavə güc verir. Bu, sıradan komanda deyil. Müharibədən əziyyət çəkmiş insanların ümid yeridir. Ona görə də "Qarabağ"ın ölkədə kifayət qədər azarkeş dəstəyi var. Bu komandanın üzvüsənsə, təkcə özün üçün deyil, həm də insanlar üçün oynayırsan".

Gerye indiyədək "Qarabağ"ın heç bir oyununu buraxmadığını əlavə edib:

"Mən futbolçu kimi məhz bu komandada böyümüşəm. Orada keçirdiyim gözəl anları heç vaxt unuda bilmərəm. Ona görə də "Qarabağ"ın həm avrokuboklardakı, həm də Azərbaycan çempionatındakı bütün matçlarına baxıram".
Qeyd edək ki, oktyabrın 27-də keçiriləcək "Nant" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyədə "Halk TV"nin yayımı dayandırıldı – Kanalın sədri və 16 nəfər həbs edildi – VİDEO

Türkiyədə "Halk TV"nin yayımı dayandırıldı – Kanalın sədri və 16 nəfər həbs edildi – VİDEO

Ərəb ölkəsinin can damarını vurdular – VİDEO

Ərəb ölkəsinin can damarını vurdular – VİDEO

Elektrikli avtomobillər casusluq edir? - Türkiyə və Qərb ölkələrində qadağalar başladı

Elektrikli avtomobillər casusluq edir? - Türkiyə və Qərb ölkələrində qadağalar başladı

Rusiya Ukraynada "Epitsentr"in sonuncu iri loqistika mərkəzini vurdu

Rusiya Ukraynada "Epitsentr"in sonuncu iri loqistika mərkəzini vurdu

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Xaçmazda avtomobil ağaca çırpıldı - FOTO

Xaçmazda avtomobil ağaca çırpıldı - FOTO

Dövlət qurumlarının saytlarına KİBERHÜCUM – 100-dən çox domen hədəfə alındı – RƏSMİ - VİDEO

Dövlət qurumlarının saytlarına KİBERHÜCUM – 100-dən çox domen hədəfə alındı – RƏSMİ - VİDEO

Neft yenidən bahalaşır

Neft yenidən bahalaşır

Qəbiristanlıqda həmkəndlisinin çənəsini sındıran şəxsə elektron qolbaq taxıldı

Qəbiristanlıqda həmkəndlisinin çənəsini sındıran şəxsə elektron qolbaq taxıldı

“Bitcoin”in SON qiyməti

“Bitcoin”in SON qiyməti

Vakansiya dövrü BAŞA ÇATIR – İşçi tapmaq üçün köhnə metod YENİDƏN GÜNDƏMDƏ

Vakansiya dövrü BAŞA ÇATIR – İşçi tapmaq üçün köhnə metod YENİDƏN GÜNDƏMDƏ

Bakının bu ərazilərində qaz olmayacaq

Bakının bu ərazilərində qaz olmayacaq

Azərbaycanda bir sıra rəsmi qurumların saytları açılmır

Azərbaycanda bir sıra rəsmi qurumların saytları açılmır

Hündürlükdən yıxılan bir yaşlı uşaq xəstəxanada VƏFAT ETDİ

Hündürlükdən yıxılan bir yaşlı uşaq xəstəxanada VƏFAT ETDİ

Çempionlar Liqası: "Mançester Siti" bu gecə PSJ-ni sınağa çəkəcək

Çempionlar Liqası: "Mançester Siti" bu gecə PSJ-ni sınağa çəkəcək

“OpenAI”nin əməkdaşı çalışdığı ofisdə dinləmə cihazı yerləşdirdi – HƏBS EDİLDİ

“OpenAI”nin əməkdaşı çalışdığı ofisdə dinləmə cihazı yerləşdirdi – HƏBS EDİLDİ

Bu ölkədə orduya ən yüksək döyüş hazırlığı əmri verildi

Bu ölkədə orduya ən yüksək döyüş hazırlığı əmri verildi

Bakıda kran suyu içmək təhlükəlidirmi? - Suyun necə yoxlanıldığı AÇIQLANDI

Bakıda kran suyu içmək təhlükəlidirmi? - Suyun necə yoxlanıldığı AÇIQLANDI

Çempionlar Liqası: “Qalatasaray” məğlub oldu – DİGƏR NƏTİCƏLƏR - VİDEO

Çempionlar Liqası: “Qalatasaray” məğlub oldu – DİGƏR NƏTİCƏLƏR - VİDEO

Bu üç bürcü emosional gərginlik gözləyir

Bu üç bürcü emosional gərginlik gözləyir

Ermənilər bu ölkədən deport edilir: artıq 6-cı təyyarə gəldi

Ermənilər bu ölkədən deport edilir: artıq 6-cı təyyarə gəldi

Kiyev ballistik raketlərlə vuruldu: ÖLƏNLƏR VAR – FOTO-VİDEO

Kiyev ballistik raketlərlə vuruldu: ÖLƏNLƏR VAR – FOTO-VİDEO

Sakinlərin NƏZƏRİNƏ: Bakının bu ərazilərində işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bakının bu ərazilərində işıq olmayacaq

Vətən müharibəsinin xronikası: 14 oktyabr –VİDEO

Vətən müharibəsinin xronikası: 14 oktyabr –VİDEO

End of content

No more pages to load

RADİO