Qarabağ" klubunun sabiq mətbuat katibi Nurlan İbrahimova UEFA -nın verdiyi cəza ağırdır.
Bizim.Media xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov onlayn formatlı mətbuat konfransında deyib.
"Bu, təkcə irqçiliyə görə deyil, digər məsələlər də var idi. Başqa söz demək istəmirəm. İş apellyasiya məhkəməsindədir. Nə isə deməyim prosesə mənfi təsir edə bilər. Peşəkarlar bunun üzərində işləyirlər".
E.Məmmədovun fikrincə, "Qarabağ"a kəsilən 100 min avroluq cərimə də həddindən artıq yüksəkdir: "Bununla bağlı da UEFA-ya müraciət olunub".
Bizim.Media