Misirin paytaxtı Qahirədə keçirilən güllə atıcılı üzrə dünya çempionatında idmançımız Ruslan Lunyov gümüş medal qazanıb.
Bizim.Media xəbər verir ki, o, iriçaplı tapançadan 25 metr məsafəyə cəld atəş üzrə ikinci yeri tutub. Atıcımız 60 atəşdən 584 xal toplayıb.
Qeyd edək ki, 33 yaşlı atletimiz karyerasında 3 qızıl, 2 gümüş və 1 bürünc medala sahibdir.
Ruslan Lunyov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında kapitandır.
Qeyd edək ki, Dünya Çempionatından idmançımız Nigar Nəsirova bürünc medalla qayıdıb.
Bizim.Media
