Noyabrın 15-dən 21-dək Türkiyənin Antalya şəhərində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq.
Bizim.Media xəbər verir ki, millimiz hazırlıq çərçivəsində noyabrın 17-də Macarıstan, 20-də isə İsveçin müvafiq yaş qrupundan ibarət komandası ilə yoxlama oyunları keçirəcək.
Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Bizim.Media