İtaliyanın Sardiniya adasında şahmat üzrə gənclər arasında dünya çempionu olan Gövhər Beydullayeva və Abdulla Qədimbəyli Vətənə qayıdıblar.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Şahmat Federasiyası (ASF) yayıb.
Mənbə yazır ki, şahmatçıları Heydər Əliyev Beynəlxalq Aeroportunda AŞF-nin rəsmiləri, şahmatçıların ailə üzvləri və media nümayəndələri qarşılayıblar.
Bizim.Media