Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, günün ilk matçında "Qəbələ" "Kəpəz"i qəbul edib.
Qəbələ şəhər stadionundakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Qollar: İsnik Alimi (20-ci dəqiqə): Fərid Nəbiyev (61-ci dəqiqə)
Xallarının sayını 17-yə çatdıran "Qəbələ" 4-cü pillədə, 5 xala malik "Kəpəz" isə 8-ci sırada qərarlaşıb.
Bizim.Media