Noyabrın 5-də Bakı İdman Sarayında start götürəcək yunan-Roma güləşi üzrə dünya kuboku yarışının biletləri satışa çıxarılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Məlumata görə, ilk dəfə paytaxtımızda keçiriləcək yarışın biletlərini onlayn qaydada “iticket.az” saytından əldə etmək mümkündür.
Yarışın ilk günü üçün biletlərin qiyməti 3, ikinci günü üçün isə 5 manat təşkil edir.
Biletlər 3 sessiya üzrə satılacaq.
Bizim.Media