“3 təklifi rədd edib Azərbaycanda qaldım” - De Byazi

“Azərbaycanla yeni müqavilə imzalayan zaman 3 təkliflərim var idi. Biri başqa millidən, ikisi isə İtaliya klublarından idi”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi “tribalfootball.com” saytına müsahibəsində deyib. 

İtaliyalı mütəxəssis bildirib ki, Azərbaycan yığmasında qalmasının səbəbi Albaniya ilə qazandığı uğuru təkrarlamaq istəyidir:

“AVRO-2024-ün püşkatması ilə əlaqədar Azərbaycanda qalıb davam etmək istəyirdim. Bu püşkatmada Albaniya kimi, bəxtimiz gətirmədi. Bu, daha əvvəl AVRO-2016-nın püşkatma mərasimində başıma gəlmişdi. Albaniyanın baş məşqçisi olduğum zaman çox çətin qrupa düşmüşdük və oradan final mərhələsinə vəsiqə qazana bilmişdik. Ümid edirəm ki, Azərbaycanla da eyni uğuru təkrarlayacağıq. Baxmayaraq ki, buna nail olmaq çox çətin olacaq”. 

66 yaşlı çalışdırıcı yığmamızın AVRO-2024-ün seçmə qrup mərhələsindəki rəqiblərini də dəyərləndirib. O, Estoniya istisna olmaqla F qrupundakı digər rəqiblər barədə xüsusi danışıb:

“Bütün matçlar komandamız üçün çox olacaq. Belçika böyük ulduzları olan, FIFA reytinqində birinci pillədə qərarlaşan və böyük futbolçulara sahib komandadır. İsveçin isə oyunçuları Avropanın ən yaxşı liqalarında çıxış edirlər və fiziki cəhətdən güclü yığmadır. Avstriyaya gəlincə, onlar təkcə David Alabadan ibarət deyil. Bundesliqada mübarizə aparan digər oyunçuların toplaşdığı güclü komandadır. Əksər oyunçuları yerli çempionatda çıxış edən komandam üçün bu, çox çətin məsələdir. Ancaq bununla təslim olduğumuzu demirəm. Matçlarımızı keçirəcək, məqsədimizə çatmaq üçün əlimizdən gələni edəcəyik”. 

De Byazi Azərbaycan Premyer Liqasının səviyyəsinin getdikcə artdığını desə də, burada üzləşdiyi problemi də gizlətməyib:

“Azərbaycan çempionatının səviyyəsi ildən-ilə yaxşılaşır, güclü oyunçularımız var. Yeganə problem odur ki, seçə biləcəyimiz oyunçular sayı çox deyil. Builki çempionat 10 komandanın iştirakı ilə keçirilir və bu klublarda 7 oyunçu əcnəbidir. Hər komandadan 4 oyunçu seçmək imkanım var ki, bu da ümumilikdə 40 nəfər deməkdir. Burada yaxşı işlər gördük, 2000-2001-ci il təvəllüdlü çoxlu gənc oyunçulardan ibarət qrup yaratdıq. Onlar müntəzəm oynayırlar. Ümid edirəm ki, daha da böyüyə bilərlər”. 

Qeyd edək ki, millimiz qrupda ilk oyununu gələn il martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sumqayıtda avtobus sürücüləri ilə bağlı şikayət: Kəsişmədə dayanıb sərnişin yığırlar – VİDEO

Sumqayıtda avtobus sürücüləri ilə bağlı şikayət: Kəsişmədə dayanıb sərnişin yığırlar – VİDEO

Media və Yayım Şurası: “İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib”

Media və Yayım Şurası: “İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib”

Güləşçimiz dünya çempionatında gümüş medal qazandı

Güləşçimiz dünya çempionatında gümüş medal qazandı

Avtobus doludursa, sürücü əlavə sərnişin mindirməkdən imtina edə bilər? - AYNA-dan AÇIQLAMA

Avtobus doludursa, sürücü əlavə sərnişin mindirməkdən imtina edə bilər? - AYNA-dan AÇIQLAMA

Bakıda Xəzər İnşaat Həftəsi keçirilir

Bakıda Xəzər İnşaat Həftəsi keçirilir

Tramp Ukraynada sülhə necə nail olacağını bilmir - Bloomberg

Tramp Ukraynada sülhə necə nail olacağını bilmir - Bloomberg

“Azərbaycan–Laos münasibətləri regionlararası əməkdaşlığın uğurlu nümunəsidir”

“Azərbaycan–Laos münasibətləri regionlararası əməkdaşlığın uğurlu nümunəsidir”

Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş

Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş

Abşeronda toyuq sexinin fəaliyyəti məhdudlaşdırıldı – FOTO

Abşeronda toyuq sexinin fəaliyyəti məhdudlaşdırıldı – FOTO

Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu KEÇİRİLİR

Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu KEÇİRİLİR

Bakı Limanında növbəti rekord – FOTO

Bakı Limanında növbəti rekord – FOTO

Bakıda III Milli Rəqabət Forumu keçirilir

Bakıda III Milli Rəqabət Forumu keçirilir

Azərbaycan ordusunun ilk qadın snayperi vəfat etdi

Azərbaycan ordusunun ilk qadın snayperi vəfat etdi

Hindistanın XİN rəhbəri Azərbaycana gəldi – FOTO

Hindistanın XİN rəhbəri Azərbaycana gəldi – FOTO

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Birlik, nizam-intizam və vahid forma – VİDEO

Birlik, nizam-intizam və vahid forma – VİDEO

Çaqqalların sayı sürətlə artır – Təbiətdə nə baş verir?

Çaqqalların sayı sürətlə artır – Təbiətdə nə baş verir?

Türkiyədə "Halk TV"nin yayımı dayandırıldı – Kanalın sədri və 16 nəfər həbs edildi – VİDEO

Türkiyədə "Halk TV"nin yayımı dayandırıldı – Kanalın sədri və 16 nəfər həbs edildi – VİDEO

Ərəb ölkəsinin can damarını vurdular – VİDEO

Ərəb ölkəsinin can damarını vurdular – VİDEO

Elektrikli avtomobillər casusluq edir? - Türkiyə və Qərb ölkələrində qadağalar başladı

Elektrikli avtomobillər casusluq edir? - Türkiyə və Qərb ölkələrində qadağalar başladı

Rusiya Ukraynada "Epitsentr"in sonuncu iri loqistika mərkəzini vurdu

Rusiya Ukraynada "Epitsentr"in sonuncu iri loqistika mərkəzini vurdu

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Xaçmazda avtomobil ağaca çırpıldı - FOTO

Xaçmazda avtomobil ağaca çırpıldı - FOTO

Dövlət qurumlarının saytlarına KİBERHÜCUM – 100-dən çox domen hədəfə alındı – RƏSMİ - VİDEO

Dövlət qurumlarının saytlarına KİBERHÜCUM – 100-dən çox domen hədəfə alındı – RƏSMİ - VİDEO

End of content

No more pages to load

RADİO