AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşek "Zirə"nin futbolçusu Coşqun Diniyevin Misli Premyer Liqasının 10-cu turunda "Sabah"la görüşdə ikinci sarı vərəqə aldığı epizoda münasibət bildirib.
Bizim.Media xəbər verir ki, o, ARB-24 kanalına müsahibəsində bildirib ki, belə sarı vərəqə olmur.
Barış Şimşek qeyd edib ki, ikinci sarı vərəqə kosmosdan da görünməlidir.
Xatırladaq ki, Coşqun "Sabah"la oyunda özünə qarşı edilən qayda pozuntusuna görə baş hakim Elçin Məsiyevə narazılıq edib. Referi isə ikinci sarı vərəqə onu meydandan kənarlaşdırıb.
Bizim.Media