Bu gün Misli Premyer Liqasında 11-ci tura start verilib.
Bizim.Media xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib.
Lider "Qarabağ" "Turan Tovuz"u qəbul edib. Görüş Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Qurban Qurbanovun komandası 10 oyuna 10-cu qələbəsini qazanıb və 30 xalla liderliyini möhkəmləndirib.
Qeyd edək ki, turun digər qarşılaşmaları oktyabrın 22-23-də keçiriləcək.
Qollar: Kvabena Ovusu, 2, Ramil Şeydayev, 42-pen. Filip Ozobiç, 53
Hakimlər: Vüqar Həsənli, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov “Azersun Arena”
Bizim.Media