12 yaşlı qız insanlığa sığmayan işgəncələrə məruz qalıb.
Moderator.az xəbər verir ki, hadisə Meksikada baş verib. İnsan alverçiləri tərəfindən qaçırılan qıza olmazın işgəncələr verilib. Metro stansiyasında rəfiqələrini gözləyən 12 yaşlı Karla Casinto naməlum şəxs tərəfindən qaçırılıb. Onu gizlin bir yerə gətirən insan alverçiləri həmin gecə qıza olmazın işgəncə veriblər. Qaçırıldığı gecə 12 yaşlı qız 10 nəfər tərəfindən zorlanıb.
Bundan sonra Karla Casinto fahişəliyə məcbur edilib. O, hər gün 30-50 kişi ilə pul qarşılığında yatağa məcbur edib. 4 il müddətində cinayətkar dəstənin əlində əsir olan Karla Casinto sonradan polis tərəfindən azad edilib.
Karla Casinto bildirib ki, 4 il ərzində onu 43 min kişi zorlayıb.
"Heç kimə aldanmayın. Kiçik bir səhv böyük bədbəxtçiliyə səbəb ola bilər. Yatdığım kişilər mənə gülürdü. Çünki durmadan ağlayırdım. İlk əvvəllər kişilərə müqavimət göstərirdim. Lakin sonralar tanımadığım insanlarla yatmaq mənə təsir etmirdi. Zorlanan zaman gözlərimi bağlayırdım ki, mənə etdiklərini görməyim. Beləcə heç nə hiss etmirdim”, - deyə Karla Casinto bildirib.xa0

