Arzu Nağıyev: Rusiya Xəzərdən Suriyanı vurması ilə hərbi qüdrətini göstərir

Rusiya İŞİD-in Suriyadakı obyektlərini Xəzər dənizindən vurması ilə müdafiə sənayesi kompleksinin yüksək səviyyədə işlədiyini və öz ərazilərində belə Suriyada istənilən hədəfi vura biləcəyini nümayiş etdirmək istəyir. Bunu Trend-ə politoloq Arzu Nağıyev Rusiya Prezidenti Vladimir Putinin müdafiə naziri Sergey Şoyqu ilə görüşündə səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Onun fikirincə, V.Putin bununla Xəzərdə çox böyük donanmaya sahib olduğunu və Rusiyanın hərbi qüdrətini nümayiş etdirdiyini bəyan edib: "Rəsmi Moskva, həmçinin göstərmək istəyir ki, bəzi dövlətlər Rusiyanın Suriyada Əsəd rejiminə qarşı yönələn qüvvələri vurması üçün hava dəhlizini açmaqdan imtina etsə də, Moskva istənilən vəziyyətdə İŞİD və “Cəbhət ən-Nüsra”x9d qüvvələrini vura billər. İstər NATO, istər ABŞ, istərsə də digər dövlətlər həm hərbi cəhətdən, həm də maddi cəhətdən Əsəd rejiminə qarşı olan qüvvələri dəstəklədikləri üçün Rusiyanın onları vurmasını istəmir. Ona görə də Türkiyə və digər dövlətlər Rusiyaya hərbi hava qüvvələri üçün hava dəhlizləri verməkdən imtina edirlər".

A.Nağıyev hesab edir ki, V.Putinlə müdafiə naziri S.Şoyqunun görüşündə belə açıqlama verilməsi təsadüfi deyil: "Putin bununla demək istədi ki, onların heç bir dövlətə ehtiyacı yoxdur. Onlara hər hansı hava dəhlizi verilməsə də, öz təyyarələrindən istifadə edə bilməsələr də, həmin qüvvələri hətta uçuş həyata keçirmədən o silahlarla məhv edə bilərlər. Yəni bu bir güc nümayişi, qüvvə nümayişi idi”x9d.

Politoloq, həmçinin bu yaxınlarda rusiyalı ekspertlərin Əsədə qarşı olan qüvvələrlə bağlı yeni məlumatlar yaydıqlarını bildirib. A.Nağıyevin sözlərinə görə, Rusiya hətta Suriya Prezidenti Bəşşar Əsədə qarşı olan qüvvələri benzin və yanacaqla təmin edənləri vurmaq gücündədir: “Bu məlumatları rusiyalı ekspertlər də çıxışlarında qeyd edirlər. Deyilənlərə görə, Türkiyə ərazisində “Cəbhət ən-Nüsra”x9d və Əsəd rejiminə qarşı olan hər hansı ikinci dərəcəli qüvvələri benzinlə, yanacaqla təmin edən çənləri vurmağa belə rəsmi Moskvanın imkanı var. Hətta son zamanlar bu barədə əlavə yazılar, məlumatlar yayılmağa başlayıb”x9d.

Qeyd edək ki, Rusiyanın Xəzər donanmasının gəmiləri yüksək dəqiqlikli silahlardan istifadə etməklə İŞİD-in Suriyadakı obyektlərini atəşə tutub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Fənərbağça”nın futbolçusu “Beşiktaş”a keçir

“Fənərbağça”nın futbolçusu “Beşiktaş”a keçir

OPEC: Azərbaycanda ikinci rübdə neft hasilatı artıb

OPEC: Azərbaycanda ikinci rübdə neft hasilatı artıb

Milli Məclisin son iclasında müzakirə ediləcək MƏSƏLƏLƏR

Milli Məclisin son iclasında müzakirə ediləcək MƏSƏLƏLƏR

Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Öz hava limanlarına zərbə endirdilər - İran təyyarəsinə görə

Öz hava limanlarına zərbə endirdilər - İran təyyarəsinə görə

Biznesmenin 4 milyonunu ödədilər - İkisi həbsdən azad edildi

Biznesmenin 4 milyonunu ödədilər - İkisi həbsdən azad edildi

Azərbaycan ilə Özbəkistan mediaları arasında əməkdaşlığın genişləndirilməsi GÜNDƏMDƏ – FOTO

Azərbaycan ilə Özbəkistan mediaları arasında əməkdaşlığın genişləndirilməsi GÜNDƏMDƏ – FOTO

Nazir polkovnik-leytenantı RƏİS TƏYİN ETDİ

Nazir polkovnik-leytenantı RƏİS TƏYİN ETDİ

Ceyhun Bayramov ÜGT-nin baş katibi ilə görüşdü – FOTO

Ceyhun Bayramov ÜGT-nin baş katibi ilə görüşdü – FOTO

Fərid Zeynalov: “Uşaqlar üçün daha şəffaf və təhlükəsiz rəqəmsal mühit yaradılır”

Fərid Zeynalov: “Uşaqlar üçün daha şəffaf və təhlükəsiz rəqəmsal mühit yaradılır”

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gənc İTKİN DÜŞDÜ

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gənc İTKİN DÜŞDÜ

IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Xankəndidəki Zəfər parkında -FOTO

IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Xankəndidəki Zəfər parkında -FOTO

Qubada keçmiş məhkum “Makarov”la tutuldu – FOTO

Qubada keçmiş məhkum “Makarov”la tutuldu – FOTO

Azərbaycanda “TikTok” istifadəçilərinin SAYI AÇIQLANDI

Azərbaycanda “TikTok” istifadəçilərinin SAYI AÇIQLANDI

Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümü Qusarda anıldı – FOTO

Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümü Qusarda anıldı – FOTO

Qlobal gündəmin Şuşa gündəliyi – Prezidentin çıxışından TARİXİ MESAJLAR

Qlobal gündəmin Şuşa gündəliyi – Prezidentin çıxışından TARİXİ MESAJLAR

Hikmət Hacıyev və Qazaxıstan rəsmiləri arasında GÖRÜŞ – Media sahəsində qarşılıqlı fəaliyyət MÜZAKİRƏ OLUNDU – FOTO

Hikmət Hacıyev və Qazaxıstan rəsmiləri arasında GÖRÜŞ – Media sahəsində qarşılıqlı fəaliyyət MÜZAKİRƏ OLUNDU – FOTO

Bu il 3 mindən çox müəllim imtahandan kəsilib - RƏSMİ

Bu il 3 mindən çox müəllim imtahandan kəsilib - RƏSMİ

Əli Əsədov rusiyalı nazirlə görüşdü: Nələr müzakirə edildi?

Əli Əsədov rusiyalı nazirlə görüşdü: Nələr müzakirə edildi?

Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə GÖRÜŞDÜ

Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə GÖRÜŞDÜ

Sabahdan MİQ imtahanları BAŞLAYIR

Sabahdan MİQ imtahanları BAŞLAYIR

Pulu maqnit kimi çəkən 5 bürc

Pulu maqnit kimi çəkən 5 bürc

"Qarabağ"da gözlənilməz ayrılıq - FOTO

"Qarabağ"da gözlənilməz ayrılıq - FOTO

Məşhur belçikalı avtomobil dizayneri Rusiya vətəndaşlığı ALDI

Məşhur belçikalı avtomobil dizayneri Rusiya vətəndaşlığı ALDI

End of content

No more pages to load

RADİO