Azərbaycan ilə Özbəkistan mediaları arasında əməkdaşlığın genişləndirilməsi GÜNDƏMDƏ – FOTO

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində iyulun 13-də Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Kontent İstehsalı Mərkəzinin direktoru Kobuljon Akhmedov, Özbəkistan Respublikası Prezidenti Administrasiyasının Kommunikasiyalar şöbəsinin müdirinin birinci müavini Akramjon Fozilov, Özbəkistan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri Dilşod Saidjanov və Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Kontent İstehsalı Mərkəzinin şöbə müdiri Tokhir Umarov ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı vurğulanıb.

Bu xüsusda iki ölkənin prezidentləri arasında mövcud olan səmimi və etimada əsaslanan münasibətlərin əlaqələrin inkişafında mühüm rol oynadığı qeyd edilib.

Tərəflər informasiya və media sahələrində Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluqlarını ifadə ediblər.
 

Bildirilib ki, hər iki ölkədə media forumlarının, eləcə də qeyri-hökumət təşkilatlarının forumlarının keçirilməsi qarşılıqlı əlaqələrin daha da genişlənməsinə töhfə verir. Həmçinin Azərbaycan və Özbəkistanın qeyri-hökumət təşkilatları üçün birgə qrant layihələrinin həyata keçirilməsi məmnunluqla vurğulanıb.


Görüşdə birgə media kontentinin hazırlanması və mübadiləsi, Azərbaycan ilə Özbəkistan mediaları arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin blogerlər arasında birbaşa əlaqələrin qurulması məsələləri müzakirə edilib. Bununla yanaşı, ortaq tariximizin, mədəniyyətimizin, ənənələrimizin və mənəvi dəyərlərimizin beynəlxalq aləmdə təbliğinə xidmət edəcək birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti qeyd olunub.

Özbəkistan nümayəndə heyəti IV Şuşa Qlobal Media Forumunun əhəmiyyətini yüksək qiymətləndirərək, tədbirin uğurlu təşkili münasibətilə təbriklərini çatdırıb.

Qonaqlar Prezident İlham Əliyevin Forum çərçivəsində jurnalistlərlə birbaşa dialoq qurmasını və media nümayəndələrinin çoxsaylı suallarını açıq şəkildə cavablandırmasını xüsusi məmnunluqla qeyd ediblər. Onlar, həmçinin dövlətimizin başçısının Özbəkistan-Azərbaycan münasibətlərinin inkişafına dair səsləndirdiyi mühüm mesajları yüksək dəyərləndiriblər.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Motosiklet şousu faciə ilə bitəcəkdi: Son anda ölümdən döndü – FOTO/VİDEO

Motosiklet şousu faciə ilə bitəcəkdi: Son anda ölümdən döndü – FOTO/VİDEO

Mədəniyyət Nazirliyinin kitab mükafatı bu il elan olunmayacaq

Mədəniyyət Nazirliyinin kitab mükafatı bu il elan olunmayacaq

Məktəb direktorunun avtomobilini yandıran daha bir nəfər həbs edildi – VİDEO

Məktəb direktorunun avtomobilini yandıran daha bir nəfər həbs edildi – VİDEO

Səhiyyə naziri təyin olunan Anar Bayramov kimdir? – DOSYE

Səhiyyə naziri təyin olunan Anar Bayramov kimdir? – DOSYE

TƏCİLİ! Xəzər dənizində ZƏLZƏLƏ oldu

TƏCİLİ! Xəzər dənizində ZƏLZƏLƏ oldu

Bakı metrosuna yeni şöbə rəisi təyin edildi - FOTO

Bakı metrosuna yeni şöbə rəisi təyin edildi - FOTO

SON DƏQİQƏ: Xaçmazda 4.6 bal gücündə zəlzələ oldu - ÖZƏL

SON DƏQİQƏ: Xaçmazda 4.6 bal gücündə zəlzələ oldu - ÖZƏL

"ABŞ tamamilə Rusiyanın tərəfinə keçib" - "Aydar" batalyonunun keçmiş komandiri

"ABŞ tamamilə Rusiyanın tərəfinə keçib" - "Aydar" batalyonunun keçmiş komandiri

Teymur Musayev Baş nazirin müavini TƏYİN OLUNDU

Teymur Musayev Baş nazirin müavini TƏYİN OLUNDU

Anar Bayramov səhiyyə naziri TƏYİN EDİLDİ

Anar Bayramov səhiyyə naziri TƏYİN EDİLDİ

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi – FƏRMAN

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi – FƏRMAN

Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə

Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə

Ukrayna ordusu ötən gecə Rusiyanın bir dənə də olsun ballistik raketini vurmayıb

Ukrayna ordusu ötən gecə Rusiyanın bir dənə də olsun ballistik raketini vurmayıb

Bu il Azərbaycana nə qədər elektromobil gətirilib?

Bu il Azərbaycana nə qədər elektromobil gətirilib?

Mourinyodan Arda Güler açıqlaması: “Dirsək atmadığını söylədi” – VİDEO

Mourinyodan Arda Güler açıqlaması: “Dirsək atmadığını söylədi” – VİDEO

Şamaxıda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirdi

Şamaxıda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirdi

QHT nümayəndələri üçün KSM üzrə təlim keçirilib – FOTO

QHT nümayəndələri üçün KSM üzrə təlim keçirilib – FOTO

Narkotikin təsiri altında təhlükəli manevrlər edən sürücü həbs olundu – VİDEO

Narkotikin təsiri altında təhlükəli manevrlər edən sürücü həbs olundu – VİDEO

Azərbaycanın reklam bazarı hara yuvarlanır: 28 illik təcrübəsi olan insayderdən diaqnoz

Azərbaycanın reklam bazarı hara yuvarlanır: 28 illik təcrübəsi olan insayderdən diaqnoz

Rusiyada hərbçilərin pullarını mənimsəyən 13 nəfərlik dəstə saxlanıldı – VİDEO

Rusiyada hərbçilərin pullarını mənimsəyən 13 nəfərlik dəstə saxlanıldı – VİDEO

Azərbaycandan Ermənistana bu il ixrac olunan MALIN DƏYƏRİ

Azərbaycandan Ermənistana bu il ixrac olunan MALIN DƏYƏRİ

Hərbi qulluqçumuz mürəkkəb ürək əməliyyatı keçirdi – VİDEO

Hərbi qulluqçumuz mürəkkəb ürək əməliyyatı keçirdi – VİDEO

WhatsApp-dan yeni funksiya: Tətbiqi olmayanlar da zənglərə qoşula biləcək - FOTO

WhatsApp-dan yeni funksiya: Tətbiqi olmayanlar da zənglərə qoşula biləcək - FOTO

Bu şəxslərin pensiyaları aylıq əlavələr ilə artırılacaq – FOTO

Bu şəxslərin pensiyaları aylıq əlavələr ilə artırılacaq – FOTO

End of content

No more pages to load

RADİO