Ceyhun Bayramov ÜGT-nin baş katibi ilə görüşdü – FOTO

İyunun 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Gömrük Təşkilatının (ÜGT) baş katibi Yan Sanders ilə görüş keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
 

Bildirilib ki, görüş zamanı, Azərbaycan ilə Ümumdünya Gömrük Təşkilatı arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri, beynəlxalq ticarətin asanlaşdırılması, sərhəd təhlükəsizliyi, gömrük sistemlərinin rəqəmsallaşdırılması, qanunsuz ticarətə qarşı mübarizə, təchizat zəncirlərinin dayanıqlığının gücləndirilməsi və gömrük sahəsində potensialın artırılması məsələləri müzakirə olunub.


Nazir Ceyhun Bayramov Azərbaycanın ÜGT ilə səmərəli əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayaraq, ölkəmizdə gömrük sahəsində həyata keçirilən islahatlar, tranzit imkanlarının genişləndirilməsi və beynəlxalq ticarətin asanlaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib.

Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına verdiyi töhfənin regional və qlobal ticarət əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynadığı qeyd edilib.

Nazir Ceyhun Bayramov qarşı tərəfə yeni regional reallıqlar, sülh prosesi, işğaldan azad edilmiş ərazilərimizdə görülən quruculuq işləri və infrastruktur layihələri barədə ətraflı məlumat verib.

Nazir ölkəmizin Avrasiyanın mühüm nəqliyyat və logistika qovşağı kimi mövqeyinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən irimiqyaslı layihələrdən bəhs edib.

Bu çərçivədə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin artırılması, Orta Dəhlizin inkişafı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi və Ələt Azad İqtisadi Zonasının fəaliyyəti nəticəsində Azərbaycanın beynəlxalq təchizat zəncirlərində artan rolunun gömrük prosedurlarının səmərəliliyinin yüksəldilməsi və ticarətin asanlaşdırılması baxımından yeni imkanlar yaratdığı qeyd olunub.
 

Tərəflər beynəlxalq gömrük əməkdaşlığının gücləndirilməsinin, innovativ texnologiyaların tətbiqinin, məlumat mübadiləsinin və institusional əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.


Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Motosiklet şousu faciə ilə bitəcəkdi: Son anda ölümdən döndü – FOTO/VİDEO

Motosiklet şousu faciə ilə bitəcəkdi: Son anda ölümdən döndü – FOTO/VİDEO

Mədəniyyət Nazirliyinin kitab mükafatı bu il elan olunmayacaq

Mədəniyyət Nazirliyinin kitab mükafatı bu il elan olunmayacaq

Məktəb direktorunun avtomobilini yandıran daha bir nəfər həbs edildi – VİDEO

Məktəb direktorunun avtomobilini yandıran daha bir nəfər həbs edildi – VİDEO

Səhiyyə naziri təyin olunan Anar Bayramov kimdir? – DOSYE

Səhiyyə naziri təyin olunan Anar Bayramov kimdir? – DOSYE

TƏCİLİ! Xəzər dənizində ZƏLZƏLƏ oldu

TƏCİLİ! Xəzər dənizində ZƏLZƏLƏ oldu

Bakı metrosuna yeni şöbə rəisi təyin edildi - FOTO

Bakı metrosuna yeni şöbə rəisi təyin edildi - FOTO

SON DƏQİQƏ: Xaçmazda 4.6 bal gücündə zəlzələ oldu - ÖZƏL

SON DƏQİQƏ: Xaçmazda 4.6 bal gücündə zəlzələ oldu - ÖZƏL

"ABŞ tamamilə Rusiyanın tərəfinə keçib" - "Aydar" batalyonunun keçmiş komandiri

"ABŞ tamamilə Rusiyanın tərəfinə keçib" - "Aydar" batalyonunun keçmiş komandiri

Teymur Musayev Baş nazirin müavini TƏYİN OLUNDU

Teymur Musayev Baş nazirin müavini TƏYİN OLUNDU

Anar Bayramov səhiyyə naziri TƏYİN EDİLDİ

Anar Bayramov səhiyyə naziri TƏYİN EDİLDİ

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi – FƏRMAN

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi – FƏRMAN

Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə

Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə

Ukrayna ordusu ötən gecə Rusiyanın bir dənə də olsun ballistik raketini vurmayıb

Ukrayna ordusu ötən gecə Rusiyanın bir dənə də olsun ballistik raketini vurmayıb

Bu il Azərbaycana nə qədər elektromobil gətirilib?

Bu il Azərbaycana nə qədər elektromobil gətirilib?

Mourinyodan Arda Güler açıqlaması: “Dirsək atmadığını söylədi” – VİDEO

Mourinyodan Arda Güler açıqlaması: “Dirsək atmadığını söylədi” – VİDEO

Şamaxıda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirdi

Şamaxıda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirdi

QHT nümayəndələri üçün KSM üzrə təlim keçirilib – FOTO

QHT nümayəndələri üçün KSM üzrə təlim keçirilib – FOTO

Narkotikin təsiri altında təhlükəli manevrlər edən sürücü həbs olundu – VİDEO

Narkotikin təsiri altında təhlükəli manevrlər edən sürücü həbs olundu – VİDEO

Azərbaycanın reklam bazarı hara yuvarlanır: 28 illik təcrübəsi olan insayderdən diaqnoz

Azərbaycanın reklam bazarı hara yuvarlanır: 28 illik təcrübəsi olan insayderdən diaqnoz

Rusiyada hərbçilərin pullarını mənimsəyən 13 nəfərlik dəstə saxlanıldı – VİDEO

Rusiyada hərbçilərin pullarını mənimsəyən 13 nəfərlik dəstə saxlanıldı – VİDEO

Azərbaycandan Ermənistana bu il ixrac olunan MALIN DƏYƏRİ

Azərbaycandan Ermənistana bu il ixrac olunan MALIN DƏYƏRİ

Hərbi qulluqçumuz mürəkkəb ürək əməliyyatı keçirdi – VİDEO

Hərbi qulluqçumuz mürəkkəb ürək əməliyyatı keçirdi – VİDEO

WhatsApp-dan yeni funksiya: Tətbiqi olmayanlar da zənglərə qoşula biləcək - FOTO

WhatsApp-dan yeni funksiya: Tətbiqi olmayanlar da zənglərə qoşula biləcək - FOTO

Bu şəxslərin pensiyaları aylıq əlavələr ilə artırılacaq – FOTO

Bu şəxslərin pensiyaları aylıq əlavələr ilə artırılacaq – FOTO

End of content

No more pages to load

RADİO