“Dünən dostlarımla vidalaşdım...”x9d.
Almaniyada müalicə alan teleaparıcı Hacı Nuran Hüseynovun səhhəti yenidən pisləşib.
Moderator.az xəbər verir ki, aparıcı sosial şəbəkədə bununla bağlı məlumat paylaşıb:
“Neçə gündür özümü çox pis hiss edirəm, gecə-gündüz həkimlər başımın üstündə, xəstəlik günbəgün irəliləyir, halım çox dəyişib. Müalicə etməyə və ağır kimyaterapiyalara dözməyə taqətim qalmayıb. Hələ qabaqda ağır transplantasiya var. Dünən burada dostlarımla vidalaşdım...”x9d.