Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Amin Məmmədov barəsində inzibati tənbeh tədbiri görülüb.
Bizim.Media xəbər verir ki, o, İnzibati Xətalar Məcəlləsinin 511-ci (avtoxuliqanlıq) maddəsi ilə təqsirli bilinib.
Məhkəmənin qərarı ilə 500 manat məbləğində cərimələnib. Eyni zamanda, sürücü 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilib.
Xatırladaq ki, paytaxt ərazisində motosiklet sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozmasına dair sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
Nəticədə nəqliyyat vasitəsini idarə edən 2008-ci il təvəllüdlü Amin Məmmədov müəyyən edilərək saxlanılıb. (Qafqazinfo.az)
Bizim.Media