Adətən nümayişçiləri dağıtmaq üçün istifadə edilən xüsusi su şırnaqlarından (brandspoyt) bu dəfə Almaniya paytaxtının mərkəzində tamamilə fərqli və xeyirxah bir məqsədlə istifadə olunub. Polis yoldan ötən sakinlər üçün sərinləşdirici açıq hava duşu təşkil edib.
Bizim.Media xəbər verir ki, Almaniyada, eləcə də bütün Qərbi Avropada artıq bir neçə gündür anomal isti hava şəraiti hökm sürür. Bölgədə temperaturun 40°C-ni əhəmiyyətli dərəcədə keçdiyi bildirilir.
Sosial şəbəkə istifadəçiləri dövlətin məcburetmə mexanizmlərinin bu cür kritik anlarda insanların rifahı və sağlamlığı naminə xidmət etməsini müsbət qarşılayıblar.
Bizim.Media