Gecə saatlarında baş verən dron hücumundan sonra Krasnodar diyarında yerləşən Slavyansk neft emalı zavodunun (NEZ) ərazisindəki çənlər parkında yanğının hələ də davam etdiyi peyk vasitəsilə qeydə alınıb.
Bizim.Media xəbər verir ki, zərbələrin fəsadlarını əks etdirən müvafiq kadrlar sosial şəbəkələrdə paylaşılıb.
Maraqlı məqam ondan ibarətdir ki, son vaxtlar Krım sakinləri yarımadada yaşanan yanacaq qıtlığı səbəbindən benzin almaq üçün məhz Krasnodar diyarına üz tuturdular. Zavodun vurulmasından sonra yerli sürücülərin yanacaq tədarükü marşrutunu yenidən dəyişmək məcburiyyətində qalacağı gözlənilir.
Bizim.Media