Ən az qulluq tələb edən 5 meyvə ağacı: Bir dəfə əkin, illərlə məhsul götürün

Bağçılıq üzrə mütəxəssis Rachel Baihn intensiv suvarma və gübrələmə tələb etməyən, az qulluqla bağlarınızı meyvə cənnətinə çevirəcək ağac növlərini açıqlayıb. Alça və şaftalı kiçik bağlar üçün praktiki həllər təqdim edərkən, gilas və armud ağacları uzun illər boyu xəstəliklərə qarşı dözümlülüyü ilə bol məhsul vəd edir.

Bizim.Media xəbər verir ki, bağçanızda həm göz oxşayan bir mənzərə yaratmaq, həm də təbii, budaqdan təzə yığılmış meyvələr yemək istəyirsinizsə, doğru ağac seçimi çox önəmlidir.

Çoxları meyvə bağının çox su, gübrə və davamlı qulluq tələb etdiyini düşünərək bu xəyalından əl çəkir. Lakin doğru növlər seçildikdə, minimum səylə bol məhsul almaq mümkündür.

Budur, az qulluq tələb edən və illərlə meyvə verəcək ideal ağaclar:

Alça - digər meyvə növlərinə nisbətən çox az qulluq tələb edir və fərqli iqlim/torpaq şəraitinə tez uyğunlaşır. Daha kompakt quruluşa sahib olduqları üçün dar sahələrdə belə mükəmməl nəticə verir.
 

Çox alça növü öz-özünü tozlandıra bilmir. Ona görə də məhsuldarlıq üçün bağınıza ən azı iki erik ağacı əkməlisiniz. Don hadisələrinin ağacın dibinə çökərək zərər verməməsi üçün onları bağın ən yüksək nöqtəsinə əkmək tövsiyə olunur.


Gilas/Albalı - Həm sürətli böyüyən kölgəlik yaratmaq, həm də çiçəklənmə dövründə vizual şou görmək istəyirsinizsə, gilas ən doğru yatırımdır.

Bir gilas ağacının meyvə verməsi təxminən 4 il çəkir. Gilas nəm torpağı çox sevir, ona görə də ağacın dibinə "mulç" (torpağı nəmli saxlamaq üçün saman, qabıq və ya ot örtüyü) tətbiq etmək ən praktiki üsuldur. Gübrələmə yalnız yazda meyvə çıxana qədər, daha sonra isə hər yığım mövsümünün sonunda edilməlidir.

Şaftalı - Doğru qış temperaturuna sahib bölgələrdə az qulluqla möcüzələr yaradır. Standart ölçülərlə yanaşı, kiçik növləri olduğu üçün hobi bağçaları üçün çox əlverişlidir.
 

Şaftalı ağacları tam günəşi sevir və yaxşı drenajlı (suyu tez keçirən) torpaqlarda sürətlə inkişaf edir. Ting alarkən onun öz-özünü tozlandırıb-tozlandırmadığını mütləq öyrənin, lazım gələrsə yanına ikinci ting əkin.


Armud - Bağbanlar üçün ən problemsiz ağacların başında gəlir, çünki armud ağaclarında xəstəlik və ya zərərverici problemləri demək olar ki, yaşanmır.

Armud ağacları bir az yavaş böyüyür və əkildikdən sonra meyvə verməsi üçün adətən 3 ilə ehtiyacı olur. Kökləri torpağa tam oturduqdan sonra isə uzun illər boyunca çox az qulluqla bol məhsul verməyə davam edir. Armudlar da öz-özünü tozlandırmayan qrupdadır, ona görə də bağınızda ən azı iki fərqli armud növünün yanaşı olması vacibdir.

Meyvə bağçası qurmaq düşündüyünüzdən daha asan ola bilər. Seçdiyiniz ağacların növünə diqqət etmək və düzgün əkin yeri seçmək, uzun illər boyu sizə bol və ləzzətli meyvələr bəxş edəcək. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Metroda halı pisləşən kişi öldü

Metroda halı pisləşən kişi öldü

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO

Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Niyə payızda daha çox kökəlirik?

Niyə payızda daha çox kökəlirik?

Sirr saxlamağı yaxşı bacaran BEŞ BÜRC

Sirr saxlamağı yaxşı bacaran BEŞ BÜRC

Bakı və Gəncədə ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı – VİDEO

Bakı və Gəncədə ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı – VİDEO

“Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum” - VİDEO

“Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum” - VİDEO

Bu idman növü ömrü 10 ilədək uzada bilər – ARAŞDIRMA

Bu idman növü ömrü 10 ilədək uzada bilər – ARAŞDIRMA

Onlar əsla süni davrana bilmirlər: Hər şeyi birbaşa üzə deyən 4 BÜRC

Onlar əsla süni davrana bilmirlər: Hər şeyi birbaşa üzə deyən 4 BÜRC

Qəbiristanlıqda gördükləri onu heyrətləndirdi – Video

Qəbiristanlıqda gördükləri onu heyrətləndirdi – Video

Ceyhun Bayramovla Əraqçi arasında TELEFON DANIŞIĞI – Nələr müzakirə olundu?

Ceyhun Bayramovla Əraqçi arasında TELEFON DANIŞIĞI – Nələr müzakirə olundu?

Bakıda marşrut avtobusu aşdı – VİDEO

Bakıda marşrut avtobusu aşdı – VİDEO

Rusiya XİN-dən Kiyevdəki xarici diplomatlara XƏBƏRDARLIQ

Rusiya XİN-dən Kiyevdəki xarici diplomatlara XƏBƏRDARLIQ

Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK

Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK

Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu

Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu

Bu şəxslərə içki içmək QƏTİ OLMAZ – Ölümlə nəticələnir

Bu şəxslərə içki içmək QƏTİ OLMAZ – Ölümlə nəticələnir

Payız axşamlarında izlənməli 5 film

Payız axşamlarında izlənməli 5 film

Paytaxt küçələri yağış sularından belə təmizlənir – FOTO

Paytaxt küçələri yağış sularından belə təmizlənir – FOTO

“Son 33 ildə dövlət büdcəsi 50 dəfəyə yaxın böyüyüb”

“Son 33 ildə dövlət büdcəsi 50 dəfəyə yaxın böyüyüb”

Bahalı saatı gündəm oldu - Foto

Bahalı saatı gündəm oldu - Foto

Süni intellektdən TARİXİ NAİLİYYƏT: Napoleonun 200 illik şifrəli məktubunu 6 saata ÇÖZDÜ

Süni intellektdən TARİXİ NAİLİYYƏT: Napoleonun 200 illik şifrəli məktubunu 6 saata ÇÖZDÜ

End of content

No more pages to load

RADİO