"Hacıbala Abutalıbov kimi meri olan şəhər bundan artıq vəziyyətdə olmaz ki?"

“Hərbi Jurnalistlər”x9d İctimai Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov facebook səhifəsində maraqlı status paylaşıb. Moderator.az həmin statusu oxuculara təqdim edir:

"Dəyərli dostlar, hörmətli həmkarlarım!!
Bir məsələ ilə bağlı zəruri dəqiqləşmənin vacib olmasını nəzərə alaraq aşağıdakıları diqqətinizə çatdırmaq istəyirəm.Söhbət ötən həftə bir qrup keçmiş döyüşçülərin 1-ci Avropa Oyunlarında iştrak etməyə gələn erməni idmançılarla bağlı mənim də razılıq verdiyim müraciətdən gedir. İş o yerə çatıb ki, bəzi psevdopatriotlar, bizi xəyanətdə və az qala satqınlıqda ittiham edirlər. Özü də, bu o adamlardırlar ki, onlar Qarabağ savaşında uzaqdan-uzağa iştrak ediblər və bu gün sadəcə dil pəhləvanlarına dönüblər. Bilənlər bilir və bilməyənlər üçün sadəcə təkrar etmək məcburiyyətindəyəm ki, içi mən qarışıq olaraq Qarabağ uğrunda HƏQİQİ can qoymuş və haqqı, zəhməti olan insanlar olaraq biz bir qrup Azərbaycan sevdalıları dar düşüncədən deyil, real vəziyyətdən və dünyada baş verən proseslərdən çıxış edərək bu addımı atmışıq. Ona görə də, çox istərdim ki, əli onun-bunun cibində olan bəzi ura-patriot təşkilatlar, onların yalançı dil pəhləvanları olan rəhbərləri son dərəcə diqqətli olsunlar. Çəkinmədən bu sözləri deyirəm ki, o müraciəti imzalayan, ona razılıq verən adamların, o şəkildə mövqe sərgiləyən, bizimlə həmfikir olan çoxminli insanların heç birinin nə tərifə, nə də çox sağ ola ehtiyacları yoxdur. Biz bir daha qeyd edirik ki, bu yarışlar Azərbaycan üçün, ələlxüsus Qarabağ probleminin həlli yolunda diplomatik üstünlüklər əldə etmək üçün çox böyük siyasi imkanlar yaradır. Azərbaycanın beynəlxalq aləmdəki imicini mütləq nəzərə almalıyıq. Digər tərəfdən, hər birimiz Azərbaycan prezidenti, Ali Baş Komandan kimi İlham Əliyevin Qarabağın işğaldan azad olunması ilə bağlı qəbul edəcəyi qərarların icrası zamanı çoxlarından fərqli olaraq ən öndə gedəcək şəxslər olacağıq. Nə bu gün vəziyyətdən tülkü kimi istifadə edib milyonlar qazanan bir çox məmurlar, oğurluq, rüşvət və korrupsya çirkabına bulaşmış bəzi QHT rəhbərləri, adı jurnalist olan, əslində isə bu müqəddəs sahəyə heç bir bağlılığı, doğmalığı olmayan xeyli nadürüst üzdəniraqlar, hətta içərilərində tam təsadüfi millət vəkillərinin də olduğu bəzi işbazlar indi bizə Azərbaycanı necə sevib, ona necə bağlı olmağı öyrətməyə cəhd edirlər. Bütün yaxşı və pisləri nəzərə alaraq bədnam və yaramaz ermənilərin Bakıya idman yarışmasına başqa ölkələrin nümayəndələri ilə bərabər gəlməsinə razılıq verilməsinə bir Azərbaycan vətəndaşı kimi ürəkdən gələn sözlərimizi bildirməklə münasibət bildirməyimiz kimlərisə qane etmir. Olsun, biz nə deyirik ki? Amma, gəlin unutmayaq ki, sabah başlayacaq real müharibə zamanı bu gün eninə-uzununa Vətən, qeyrət və namus, Azərbaycanlı olmağı ilə "fəxr edənlərin" bir çoxu min dənə bəhanə və hoqqa ilə ortalıqda olmayacaqlar. Hətta içərilərində bu gün çiyinlərində general və ondan da yuksək rütbələr daşıyan şəxslər də olacaq.
Gələn həftə bütün Avropanın və dünyanın diqqəti Azərbaycana və onun ərazisində keçirilən Avropa Oyunlarına yönələcək. Bu gün ura patriotluq, yalandan "vay-şivən" qoparmağa çalışan həmən o yuxarıda adını sadaladığım QHT-lər və onların bərli-bəzəkli, bahalı geyimlərdə kamera və mikrofonlar qarşısında müxtəlif pozlar verən rəhbərləri, millət vəkilləri və əsl Azərbaycan sevdalıları, nədən Siz həyacan təbili çalmırsınız ki, bu gün bizim dünyaya çatdırmaq istədiyimiz ən vacib məsələ nədənsə diqqətdən kənarda qalıb? Azərbaycana ayaq basan hansı idmançı və ya turist deyəcək ki, bu ölkənin 20 faizindən çoxu erməni vandallarının işğalı altındadır? Nədən bir dənə də olsun Ermənistan-Rusiya fitnəkarlığını əks etdirən plakat və ya poster, bilbord Bakının küçə və prospektlərində yerləşdirilməyib? Nədən biz keçmiş döyüşçüləri az qala xəyanətdə ittiham edən o dil pəhləvanları öz səslərini çıxartmırlar ki, axı biz Qarabağla bağlı həqiqətlərin bir daha dünyada çatdırılmasını istəyiriksə, nədən bu fürsətdən yararlanmırıq? Buna da kimdənsə icazə almalıyıq? Mən Beynəlxalq qurumları nəzərdə tuturam. Baxın, budur bizim faciəmiz. Hacıbala Abutalıbov kimi çox uğursuz meri olan şəhər bundan artıq vəziyyətdə olmaz ki? İndi yenə başlayacaqlar ki, o kimdir ki, əgər buna qərar verən ölkə başçısı olmalıdır. Bəli, razıyam. Amma, bunu təklif edən, buna ətraflı izah verən bir ağıllı məmur olmalıdır. Hər şeyi bir nəfərin ayağına da bağlamaq doğru-düzgün olmaz axı. Onu da bilirəm ki, bəzi boş-bekar varlıqlar yenə başlayacaqlar mənim nə demək istədiyimi kənara qoyub, "fantaziyalarını" işə salmağa. Vallah ehtiyac yoxdur. İnanın ki, mənim bir Azərbaycanlı olaraq yeganə istəyim ölkəmi və xalqımızı firavan və xoşbaxt həyat sürən bir toplum olaraq dünya düzənində görməkdir. Məhz bütün bunları nəzərə alıb biz ermənilərin Bakıya idman yarışmasına gəlişinə mane olacaq heç bir addım atmamağı qərarlaşdırdıq. Qoy onu da qeyd edim ki, deyirlər ölümdən o yana heç nə yoxdur. Mən də, döyüşdə iştrak etmiş hər bir Qarabağ və digər savaşların əsl iştrakçıları da ölümü gözlərinin önünə almış insanlarıq. Biz heç nədən və heç kimdən qorxmamışıq və artıq bundan sonra da Tanrıdan bizə ayrılan ömür payımızı ləyaqətlə, şərəflə başa vurmağı düşünən insanlarıq. Ona görə də, çox istərdim ki, kimliyindən asılı olmayaraq - ölkə başçısından tutmuş sonuncu vətəndaşımıza kimi hər bir şəxs bütün Qarabağ döyüşçülərinə Dövlətini və Xalqını ürəkdən sevən insanlar kimi yanaşsınlar və ən əsası bizim bu müqəddəs torpaq uğrundan yenə canımızı belə qurban verməyə hazır olmağımızı unutmasınlar. Yetər ki, bu məqam daim diqqətlərdə və nəzərlərdə saxlanılsın.
Tanrı Azərbaycanımızı qorusun!!!
Tanrı bizə düçar olduğumuz bəlalardan qurtulmağımızda yardımçımız olsun!!
Ən əsası isə, gəlin hamılıqla səbirli, təmkinli və ayıq-sayıq olaq!!"
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik OLACAQ

Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik OLACAQ

DİQQƏT! Masallı və Astaranın bəzi kəndlərində qaz olmayacaq

DİQQƏT! Masallı və Astaranın bəzi kəndlərində qaz olmayacaq

Azərbaycanla daha bir ölkə arasında viza tələbi LƏĞV EDİLDİ

Azərbaycanla daha bir ölkə arasında viza tələbi LƏĞV EDİLDİ

Alla Puqaçovaya Tailandda 2 milyon dollarlıq TƏKLİF

Alla Puqaçovaya Tailandda 2 milyon dollarlıq TƏKLİF

İşə qəbulda namizədlərin sosial şəbəkə hesablarına da BAXILACAQ?

İşə qəbulda namizədlərin sosial şəbəkə hesablarına da BAXILACAQ?

Duş kabin şüşələrini güzgü kimi parladan və ərpdən təmizləyən təbii üsul

Duş kabin şüşələrini güzgü kimi parladan və ərpdən təmizləyən təbii üsul

Geomaqnit qasırğası olacaq – TARİX AÇIQLANDI

Geomaqnit qasırğası olacaq – TARİX AÇIQLANDI

Bakıda daha bir ərazidə söküntü başladı – Kompensasiya veriləcək

Bakıda daha bir ərazidə söküntü başladı – Kompensasiya veriləcək

Konservləşdirilmiş halda belə faydalıdır - Ürək sağlamlığı üçün ideal məhsul AÇIQLANDI

Konservləşdirilmiş halda belə faydalıdır - Ürək sağlamlığı üçün ideal məhsul AÇIQLANDI

Çimərlikdə 2 milyon illik KƏŞF: 11 yaşlı uşaq alimləri də təəccübləndirdi – FOTO

Çimərlikdə 2 milyon illik KƏŞF: 11 yaşlı uşaq alimləri də təəccübləndirdi – FOTO

WhatsApp-da yeni gizli dövr — Hər kəsin gözlədiyi funksiya gəldi

WhatsApp-da yeni gizli dövr — Hər kəsin gözlədiyi funksiya gəldi

AMB: Azərbaycanın ödəniş sistemləri xarici ölkələrlə inteqrasiya olunacaq

AMB: Azərbaycanın ödəniş sistemləri xarici ölkələrlə inteqrasiya olunacaq

Ukrayna millisinin sabiq üzvü "Neftçi"nin TRANSFER HƏDƏFİNDƏ

Ukrayna millisinin sabiq üzvü "Neftçi"nin TRANSFER HƏDƏFİNDƏ

Rusiya Dneprə ballistik raketlə zərbə endirdi: Ölənlər var – FOTO

Rusiya Dneprə ballistik raketlə zərbə endirdi: Ölənlər var – FOTO

Türk Dünyası Həftəsində iştirak edən alimlərin SAYI AÇIQLANDI

Türk Dünyası Həftəsində iştirak edən alimlərin SAYI AÇIQLANDI

Bakı və Sumqayıtın bəzi ərazilərini qurbağalar basdı - SƏBƏB NƏDİR? - VİDEO

Bakı və Sumqayıtın bəzi ərazilərini qurbağalar basdı - SƏBƏB NƏDİR? - VİDEO

Parisdə morq BÖHRANI – Meyitlər başqa şəhərlərə daşınır

Parisdə morq BÖHRANI – Meyitlər başqa şəhərlərə daşınır

Aclığı artıran qida qrupu - Gözümüz buna görə doymur

Aclığı artıran qida qrupu - Gözümüz buna görə doymur

Dörd gün dağıntılar altında qalan ana və körpəsi belə xilas edildi – ANBAAN VİDEO

Dörd gün dağıntılar altında qalan ana və körpəsi belə xilas edildi – ANBAAN VİDEO

Kadir İnanırın vəsiyyəti AÇIQLANDI

Kadir İnanırın vəsiyyəti AÇIQLANDI

İranın dondurulmuş aktivləri ilə bağlı razılıq əldə olundu – Pezeşkiandan QƏLƏBƏ ELANI

İranın dondurulmuş aktivləri ilə bağlı razılıq əldə olundu – Pezeşkiandan QƏLƏBƏ ELANI

Bakı-Şamaxı yolunda DƏHŞƏT: Qarşıdan gələn avtomobilin təkəri çıxaraq "Range Rover"ə çırpıldı - ANBAAN VİDEO

Bakı-Şamaxı yolunda DƏHŞƏT: Qarşıdan gələn avtomobilin təkəri çıxaraq "Range Rover"ə çırpıldı - ANBAAN VİDEO

DÇ-də şübhəli oyun – Video

DÇ-də şübhəli oyun – Video

Kanalda çimdiyinə görə oğlunu kəmərlə döydü – ANBAAN VİDEO

Kanalda çimdiyinə görə oğlunu kəmərlə döydü – ANBAAN VİDEO

End of content

No more pages to load

RADİO