İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli Moderator.az -ın suallarını cavablandırıb:
-Hesablama Palatası 2014-cü ildəki fəaliyyətinə dair hesabatında elektrik enerjisi təchizatı ilə bağlı Etibar Pirverdiyevin rəhbərlik etdiyi “Azərenerji”x9d ASC-ni tənqid edib. Azərbaycan Prezidenti də 2015-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədəki çıxışında da bu barədə danışdı.Sizin də bu məsələyə münasibətinizi bilmək istərdik.
-Son on ildə Azərbaycanın regionlarında elektrik enerjisinin fasilələrlə verilməsi kimi ciddi problem aradan qalxıb, yeni güclərin istifadəyə verilməsində, ölkədə işıqsızlıq probleminin həlli istiqamətində əsas işlər görülüb. Bununla belə regionların elektrik enerjisi ilə təchizatı ekstremal şəraitlər üçün yaramır. Bu baxımdan Hesablama Palatasının “Azərenerji”x9d ASC-nin ölkədə elektrik enerjisinin təchizatı sisteminin yaxşılaşdırılması məqsədilə dövlət zəmanəti ilə beynəlxalq maliyyə-kredit təşkilatlarından, habelə Mərkəzi Bankdan aldığı kredit vəsaitləri üzrə kreditorlar və Dövlət Büdcəsi qarşısında öhdəliklərinin icra vəziyyətinə dair analitik təhlili Hesablama Palatasının aktivinə yazılmalı müsbət cəhət hesab edirəm. Amma bu “Azərenerji”x9dnin fəaliyyətində pozuntuların yalnız bir hissəsidir. Ona görə də analitik təhlilə yanaşı “Azərenerji”x9dASC-nin fəaliyyətinin digər tərəflərinə dair daha dərin və geniş təhqiqatlara ehtiyac olduğu qənaətindəyəm. “Azərenerji”x9d ASC xarici mənbələrdən 1,5 milyard dollardan artıq borc alıb.Mərkəzi Bankdan da 300 milyon manat kredit götürüb.Bu kifayət qədər böyük məbləğdir. Daha dərin araşdırma aparmaq lazımdır ki, dövlətin və dövlət zəmanəti ilə alınan xarici kredit resurslarına yetərincə çıxış imkanı olan bu şirkət prosedur qaydalanında müəyyən pozuntulara yol verməkdən əlavə, həm də həmin pulları öz təynatına görə necə xərclənib, bu qədər vəsaitdən istifadənin səmərəlilik dərəcəsi nə səviyyədədir?
“Azərenerji”x9dASC öz tarifləri hesabına formalaşan gəlirlərinin hesabatlılığında lazımi səviyyədə şəffaflıq yoxdur.Araşdırma aparılmalıdır ki,əhaliyə maya dəyərindən təqdibən 2 dəfə baha elektrik enerjisi satan və artıq son illər işıq pulu yığımı 90 faizdən çox olan bu şirkət niyə borc içində üzür?
Araşdırma aparılmalıdır ki,niyə “Azərenerji”x9d ASC “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”x9d ilə müəyyən olunmuş elektrik ötürücü xətlərin və yarımstansiyaların yeniləşməsi və tamamilə yeniləri ilə əvəz olunması,deputatı olduğum Şəki rayonuna gəldikdə isə rayonun elektrik şəbəkəsində yenidənqurma işlərinin aparılması kimi vacib işlərin xeyli hissəsini yerinə yetirməyib?
Regionların işıq problemi sahəsindəki çatışmazlıqlar özünü Şəki kəndlərinin elektrik enerjisi ilə təchizatı sahəsində mövcud problemlərdə daha əyani şəkildə göstərir. Biz Şəkinin Dəhnələr, Göynüklər, Oxud və onlarla digər kəndinin timsalında “Azərenerji”x9d ASC-ə və onun yerli qurumuna dəfələrlə müraciət etmişik, Milli Məclisin iclaslarında bu məsələni qaldırmışıq ki, kəndlərdə elektrik enerjisi ilə təchizat pis vəziyyətdədir. Kənd yerlərində bir balaca külək əsən kimi köhnə dirəklər aşır, işıq verilməsi dayandırılır. Buna baxmayaraq bu son 5 ildə “Azərenerji”x9d ASC-nin rəhbərindən sorğularımıza əhalinin bu sahədəki dözülməz durumuna çox biganəliklə və manupulyasıya dolu standart cavablar almışıq. Bundan ötrü sadəcə onu xatırlatmağım kifayətdir ki,“Azərenerji”x9dASC-nin prezidentinin mənim Şəki kəndlərində işıqla bağlı yaranmış problemə dair 10 oktyabr 2014-cü il tarixli müraciətimə cavabından belə çıxır ki, maliyyə mənbəyi tapılsa bu məsələni 2020-ci ilə qədər həll edəcək. “Azərenerji”x9dASC prezidentinin əhalinin belə ciddi probleminə olan bu cür mövqeyi heç bir tənqidə sığmır.
Güman edirik ki, bu sahədəki struktur islahatlarından sonra, rayonların enerji ilə təchizatını “Azərenerji”x9d -dən “Azərişıq”x9da keçməsi bu sahədə mövcud olan problemlərin həllinin sürətləndirilməsinə xidmət edəcək.