Moskva vilayətində Wildberries logistika kompleksində baş verən güclü yanğının tüstüsü ən azı 100 kilometr məsafəyə yayılıb.
Bizim.Media xəbər verir ki, NASA-nın Worldview peyk sisteminin məlumatlarına əsasən, tüstü buludu Moskva və Tula vilayətlərinin sərhədinə qədər çatıb.
Tüstü şleyfi Ryazan vilayəti istiqamətində yayılıb. Yanğın nəticəsində yaranan tüstü buludunun ümumi sahəsi təxminən 350 kvadrat kilometr təşkil edib.



Bizim.Media