Kaliforniyada ac ayı Tahoe gölü yaxınlığındakı ovçu evinə pəncərədən girərək ərzaqları oğurlayıb.
Bizim.Media xəbər verir ki, ayı qoxu ilə yeməyi tapıb və hətta soyuducunu açmağı bacarıb. Daha sonra oğurladığı ərzaqları dişində daşıyaraq terrasa çıxıb.
Müşahidə kamerası ayının bu “əməliyyatı” üç dəfə təkrarladığını qeydə alıb. Görüntülərdə onun bulkalar, mal əti steyki və kruassan apardığı görünür.
Bizim.Media